XİLASKAR olmanın ƏKS TƏRƏFİ Tarix : 14 Noyabr 2019, 09:00
Yazar : Qadinkimi.com
Yaxınına, doğmana qayğı göstərmək, dayaq olmaq, ona ən gözəl şeyləri arzulamaq çox yaxşıdır. Amma bu sizə əks – təsir göstərməməli, neqativ ötürməməlidir. Siz dostunuza, rəfiqənizə, həyat yoldaşınıza, valideynlərinizə, övladınıza, sadəcə yaxın bildiyiniz birinə usanmadan artıq çəkidən necə qurtarmaq, sağlamlığına ziyan olan qidaları, içkini qəbul etməmək, idmanla məşğul olmaq, təhsilini davam etdirmək, həyatını dəyişmək və s. kimi məsləhətlər verir, onun yaşamının yaxşı olmasına çalışır, çalışırsınız... Qarşılığında sizə irad bildirir, "bunları özünə saxla” deyirlər. Kouç, psixoloq İrina Dıbovaya görə bu, artıq sizin "tələ”yə düşmənizin göstəricisidir.

Məktəbdə müəllimlərin "Oxu! Öyrən! Bu sənə lazımdır” dediklərini xatırlayın.
Kimə lazımdır? Uşaq və ya yeniyetmə bunu anlayırmı? Yox! Bəs bu kimə lazımdır? Müəllimlərə, valideynlərə, onlara məsləhət verən, yol göstərən istənilən adama. O oxumaq istəmir, onun tələbatı fərqlidir, arzusu başqadır.

Əgər siz kiməsə düzgün hesab etdiyinizi arzulayırsınızsa, ona dayaq olmursuz, onu öz enerjinizə çəkən xilaskar olursuz. Xilaskar - başqasını öz enerjisinə çəkən, öz təsirinə salmağa çalışandir.

Xilas etmək vacibdir və gərəklidir. Yanan evdə qalan birinin çıxmasına yardım etmək lazımdır. Kimsə xəstə olduğu üçün tərpənə bilmirsə, astma tutması varsa, hədsiz sərxoş olduğunda və ya başqa səbəbdən yıxılırsa, suda boğulursa, yardım etmək mütləqdir. Yəni kiməsə məhz köməyə ehtiyacı olduqda dayaq olmalısız. Həyatda – yaşamında isə insan özü özünün xilaskarı olmalıdır. Həyatının məsuliyyətini daşımalıdır. Arzularına gedən yola öz enerjisi, öz gücü ilə körpü salmalıdır.

Kömək etmək, məsləhət vermək, dayaq olmaq istəyirsiz? Buyurun! Amma bütün bunlar insanın özü etmək istədiklərinin  20 % - i qədər ola bilər. İnsan öz yolunu özü tapmağa çalışırsa, sizin məsləhətiniz nə qədər yaxşı olsa da, o, sizin dediklərinizi qəbul etməyəcək. Çünki o, öz gələcəyini özü müəyyənləşdirməli, özü zəhmət çəkməlidir. Başqasının həyatında başlıca dayaq - əsas olmağa çalışmaqla üzərinizə böyük yük götürdüyünüzü də unutmayın. Başqasının həyatına cavabdeh olmaq kimi məsuliyyət daşımalı olursuz. Bu isə asan məsələ deyil. Bu durumda çabalarınızla adamı bezdirmək riskini də gözə almalısız, çünki o, bir gün sizi "cəhənnəm”ə göndərə bilər ("get cəhənnəm ol” – deyər).

Siz etdiklərinizin müqabilində sevgi, təşəkkür gözləməyin. Ehtiyatlı olun. Çünki axmaq durumuna düşə bilərsiz.Qəlbiniz qırılar. Gərəksiz olarsız. Xilaskar olmaq istəyənlər çox zaman peşmanlıq duyğusu ilə qalır.

80 % + 20% formuluna əsaslanın. Qoy sevdiyiniz adam öz işlərinin ağırlığını özü çəksin. Siz ən yaxşı halda  ancaq 20% nəsə edə bilərsiniz. 80 % insanın öz zəhməti olmalıdır.
 
 

Mən "Kimsəsiz uşaqlara, ehtiyacı olan ailələrə dəstək” ictimai birliyinə rəhbərlik edirdim. Yardım məqsədilə müxtəlif layihələr həyata keçirirdik. Bütün sponsorların yardım üçün həyata keçirdiyimiz layihələrə  büdcədən 20 %  vəsait ayırdığının şahidi olmuşam.

Dəstək olmaqla diktatorluq – dediklərini başqasına qəbul etdirmək, ehtiyacı olanları öz ambisiyalarının qurbanına çevirmək arasında çox incə bir keçid var. Ona görə də yardıma tələsməyin. Əvvəlcə yaxşıca düşünün: ”Bu lazımdırmı? Və kimə daha çox lazımdır”.

Kömək etmək istədiyiniz adam məsləhətlərinizə ehtiyac duyurmu?  Dediklərinizi qəbul etməyə razıdırmı? Təsəvvür edin ki, siz səki ilə gedən azyaşlı uşağa yıxılmaması üçün əlinizi uzadırsınız: "Bax, bu mənim əlimdir, istəyirsənsə, tut və yıxılma. Mən sənə yardım etməyə hazıram”. Məsələyə belə yanaşın. Xilaskar yox, dəstəkçi olun.

     
Müəllif: İrina Dıbova
Çevirdi: Kamalə Abiyeva
Mənbə: dybova.ru
qadinkimi.com