BİLİM / DİN
Ən böyük sərvət Tarix : 13 Noyabr 2026, 21:03

Zaman - sadə bir söz, amma içində misilsiz bir dərinlik daşıyır.

 

Biz adətən pulun dəyərini bilməyə alışmışıq, halbuki həyatın ən dəyərli sərvəti zamandır. Pul tükənəndə onu yenidən qazanmaq olar, amma zaman bitəndə onu nə qaytarmaq, nə də pulla almaq mümkündür.

 

Zaman sağaltmır... O, sadəcə göstərir: kim dostdur, kim düşmən.

Zaman hissiz, eyni zamanda səmimidir.

 

 

Zaman həkim deyil, zaman hakimdir!

 

 

Beləcə yaşayırıq - əvvəl zaman tapıb danışmırıq, sonra isə nə danışmağa zaman qalır, nə də insan...

 

 

Həyat və zaman - iki böyük müəllimdir:

 

 

Biri bizə zamandan necə istifadə etməyi öyrədir, digəri isə həyatın nə qədər qiymətli olduğunu anlatır.

 

 

İşlər heç vaxt bitməz, amma həyat sonsuz deyil. Ona görə də dincəlməyə, sevməyə, yaşamağa zaman tapın.

 

 

Əvvəl "hələ tezdir” deyirik, sonra isə "artıq gecdir” deyə başa düşürük. Bu iki söz arasında isə həyat dayanır.

 

Çoxları zaman gələcək deyə düşünür, amma əslində zaman sakitcə və dayanmadan gedir.

 

Zaman fürsət vermir. Onu nəyə sərf edirsənsə, sonda həyatında yalnız o qalır.

 

Üç şey heç vaxt geri qayıtmır: ZAMAN, SÖZ və FÜRSƏT.

Buna görə də:

Zamanı boşa sərf etmə, sözlərini düzgün seç və fürsətləri əldən vermə!

 

 
 
 
 
 
 
 
 Qadinkimi.az