UŞAQ / BÖYÜK
Övladı utandırmaq yerinə bunları edin: Tarix : 09 Noyabr 2019, 22:08

Övladlarımıza nə qədər çox şeyi hazır təqdim etsək, onlar bir o qədər istəksiz və bacarıqsız olur. 

Hamımız övladlarımızı xoşbəxt etmək istəyirik və onlara ən yaxşısını arzu edirik. Ancaq bəzən anlayışları qarışdırırıq. Öz prioritetlərimizi başqasının həyatına tətbiq edirik. Övladlarımızın müstəqil bir şəxsiyyət kimi böyüməsinə necə kömək edə bilərik?
Bunu birmənalı qəbul edin!!!
Hər şeyi onların əvəzinə etmək yox, qərarları onlara hazır şəkildə təqdim etmək yox, bunları uşaqlara öyrətmək lazımdır:
- Mümkün və mümkünsüz olanı ayırd etməyi;
- Ərköyünlük etməyi deyil, sevməyi;

Övladlarımıza nə qədər çox şeyi hazır təqdim etsək, onlar bir o qədər istəksiz və bacarıqsız olur. Hər şeydən əvvəl bir uşaq bir insandır. İnsanlar əksər hallarda onlara ötürülən fikirlərin təsiri altında qalır. Buna görə də bir insan olaraq onların inkişafına mane olacaq ifadələri demək lazım deyil! Uşağa onu şəxsiyyət və müstəqil şəxs edəcək fikirlər demək vacibdir. Uşağın şəxsiyyət kimi böyüməsində əsas vacib faktorlar bunlardır:
- Birincisi, fiziki sərbəstlikdi; Qidalanmada, tualetdən istifadədə və mağazada oyuncaq seçimində ona sərbəstlik verilməlidir!

- Hovuza tullanmaq... Əgər uşağın buna hazır olduğunu hiss edirsinizsə, mane olmayın, icazə verin. Onu yolundan saxlamayın. İcazə verin irəliləsin!

- Yıxılmaqdan qoruyun, bir daha təkrarlanmaması üçün xəbərdarlıq edin. Amma bütün bunları birlikdə etməyin, kənarda qalmağı bacarın!

- Kifayət qədər hərəkətlilik faktorunu unutmayın. Onu bilin ki, enerji enerji gətirir. Hərəkətsizlik isə insanı öldürür. Uşaqların tənbəlləşməsinə icazə verməyin. Özünüzdə də tənbəlliyə yol verməyin. Uşağa yaxşı nümunə olun. Gəzintilər, yürüyüşlərə getmək və idmanla məşğul olmaq uşaqlara hava, su kimi vacibdir.

- Sakit və güvənli ev atmosferi. Bu, çox önəmli faktordur. Əgər evdə gərginlik varsa, uşaqda əminlik və azadlıqdan söhbət belə gedə bilməz. Hər bir uşaq üçün ev sevildiyi məkandır. Ətrafda yaşadığınız mənfilikləri evə gətirməməyə çalışın. Qışqırmayın və üzüntülərinizi onların yanında müzakirə etməyin!

- Bütün ailə üzvlərinin bir masa arxasında toplanması uşaq üçün böyük xöşbəxtlikdir. Bir masa arxasında olan zaman böyüklərin öz təcrübələrini bölüşməsi uşaqlara həyatı öyrədir. Məhz bu məqam uşağa şəxsi qərarlarını verməyə kömək edir.

- Fikirlərinizi əlcək kimi dəyişdirməyin. Ailə daxilində ikimənalı qərarlar almayın!

- Uşaqların önündə mübahisə etməyin və bir-birinizi üzən ifadələr səsləndirməyin! Bu, uşaq psixologiyasına dağıdıcı zərbə vurur. 

Bir valideyn olaraq övladınız üçün daha nələr edə bilərsiniz?

- Həmişə övladınızın arxasında durun. Stresli situasiyaları yumşaltmağa çalışın!
- Uşaqlığını maraqlı keçirməsinə şərait yaradın. Çoxlu gəzintilərə gedin. Xarici dillər öyrənməsinə kömək edin. Sağlam həyat yaşayın. Muzeylərə gedin, xüsusi öyrədici kurslara qatılın. Şeirlər və hekayələr öyrədin.
- Ev tapşırıqlarını edib etmədiyini yoxlamayın! Məktəbdə aldığı qiymətlərə fikir verməyin. Özünüzün optimal mükafatlandırma sisteminizi təyin edin. Bununla yanaşı, cəza verməkdən də çəkinməyin! Təbii ki, burda fiziki cəzadan söhbət getmir.
- Uğurlarını qiymətləndirin. Uğursuzluqlarına görə onu danlamayın. Uğursuzluğa nələrin səbəb olduğunu izah edin. Təhqir etməyin və utandırmayın. Həqiqət nədirsə onu deyin!
- Uşaqla bütün mövzuları müzakirə edin. Onları özünüzlə və ya başqa uşaqlarla müqayisə etməyin!
- Bütün uşaq tədbirlərinə qatılın. Onunla qürur duyun və həmişə sayğı göstərin! 

qadinkimi.com