UŞAQ / BÖYÜK
Bacarsaydım, ay ana Tarix : 11 May 2025, 13:53
Yazar : Kamalə Abiyeva
Müxtəlif ölkələrdə fərqli tarixlərdə qeyd olunsa da, may ayının ikinci bazar günü dünyanın bir çox ölkəsində "Analar günü" kimi qeyd olunur. 
Anna Jarvis tərəfindən 1908-ci ildə anasının anım günü 1914-cü ildə Konqres tərəfindən ABŞ-da rəsmən təsdiqləndi. Sonradan 30-dan çox ölkədə qeyd olunmağa başladı.
 
Bu gün Analar Günüdür
 
Əziz və əvəzsiz analar! Ömür boyu övlad sevgisi daşıyan, bu sevgiylə yaşayan analar! Gününüz mübarək!. Hər birinizə ANA xoşbəxtliyi arzulayırıq.
 
Ay anam
 

 
Bənzədərdim günəşi mən qəlbinə,
Qəlbin kimi gecələr də yansaydı.
Bənzədərdim suları mən səsinə
Kədərimdən səsin kimi donsaydı.
 
Bənzədərdim gözlərini dənizə
Dəniz kimi sahilləri olsaydı.
Ulduzlara baxışların deyərdim
Nuru axıb ürəyimə dolsaydı.
 
Bənzədərdim saçlarını səmaya
Səma qara geyməsəydi hər axşam.
Bənzədərdim səni bütün dünyaya
Dünya sənə bənzəsəydi, ay anam.
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
BACARSAYDIM
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Saçlarımı yollarına sərərdim,
 
ayaqların inciməsin, ay ana.
Nəfəsimi küləklərə qatardım,
yanaqların inciməsin, ay ana.
 
Ay-ay, il-il doğranardım
mən ömrünə calanardım.
Saçlarının ağına
gözlərimin qarasını cəkərdim,

üzündəki qırışları
ürəyimin yanğısına bükərdim,
bacarsaydım, ay ana.
Günlərimi bələdiyin, Yollarıma ələdiyin
Qayğının bir damlasına dönərdim,
bacarsaydım, ay ana.
dünya özu bircə damla
bil, qayğına dönərdi

bacarsaydı, ay ana,
bacarsaydı, ay ana...

 
 
Kamalə Abiyeva, şair, publisist.
Qadinkimi.com