HƏR ŞEY / HEÇ NƏ
Tağıyevin xanımı - Sona Tağıyeva Tarix : 12 Dekabr 2022, 20:28
Yazar : Qadinkimi.com

Sona Ərəblinskaya. Aleksandrski məktəbinin qurucusu, Qızlar məktəbinin yaranmasında Hənifə Zərdabi ilə birlikdə mübarizə aparan, zəhmət çəkən və öz əri — milyonçu Tağıyevi bu məktəbə pul ayırmağa məcbur edən bir maarifpərvər qadın. Həmin Sona Ərəblinskaya ki, Qafqazın məşhur tragik artisti Hüseyn Xələfova heyranlıq duyur, onun tamaşalarında iştirak edir, ona güllər bağışlayırdı.

 

Hüseyn Xələfovu Hüseyn Ərəblinskiyə çevirən, ona pərəstişkar olmaqla onu böyük bir dəhşətin içinə salan, ölümünün birbaşa səbəbkarı olan Sona Ərəblinskaya dəhşətli faciə yaşayır.  Bu aktyor-pərəstişkar münasibəti dedi-qoduçuların dilində min cür dona bürünürdü.  Tağıyev qeybətcil kütlənin axmaq, əsassız şayiələri ucbatından Ərəblinski kimi bir dühanın qətlini sifariş verir.


Dərbəndin məşhur generalı Balakişi Ərəblinskinin qızı, dövrün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı və ondan dünyaya gətirdiyi beş övladın anası, Azərbaycan tarixində maarifpərvər bir qadın kimi adını yazmış neçə-neçə təhsil ocağının qurucusu olan Sona xanım Ərəblinskaya 1920-ci ildən 1938-ci ilə qədər Bakının küçələrində dilənərək yaşayır.

 

Nəhayət, 1938-ci ilin qarlı qış gecəsində Hüseyn Ərəblinskinin yaşadığı məhəllədə kimsəsiz və dilənçi kimi ölür. Harada dəfn olunduğu da məlum deyil. Hacı Zeynalabdin Tağıyevin Sona Ərəblinskayadan olan iki oğul övladı da cavan yaşda vəfat edir. Məhəmməd adlı oğlu intihar edir, İlyas adlı oğlu isə xəstəliyə yoluxub, ölür.

 

 
Orxan BAHADIRSOY