DƏB VƏ BAXIM, HƏR ŞEY / HEÇ NƏ
Soyuq havalarda saçlara necə qulluq edək? Tarix : 18 Noyabr 2022, 22:17
Yazar : Qadinkimi.com

Artıq qış ayları yaxınlaşır. Bildiyimiz kimi saçlar soyuq havalarda daha çox zəifləyir və digər mövsümlərə nisbətən qışda daha çox qulluq tələb edir. Buna görə də dermotoloqlar saçların gözəl görünməsi və sağlam qalması üçün bəzi məsləhətlər verirlər.


Qış aylarında düzgün qulluq vasitələrindən istifadənin vacib şərt olduğunu bildirən mütəxəssislər aşağıdakı məsləhətləri verirlər.

 



• Soyuq və sərt hava şəraitində saçları qorumaq üçün xüsusi qidalandırıcılardan istifadə etmək cansızlaşmanın, qurumanın və qırılmaların qarşısını alır.


• Yaşadığınız otaqda və ya iş otağınızda qızdırıcı sobanın üzərinə qabda su qoyaraq otağın havasının nəmliliyini artırın.


• Saçlara şəkil vermək üçün istilik verən alətlərin istifadəsindən qabaq nəmləndirici vasitələrdən istifadə edin ki, saçlarınız istinin təsirinə daha az məruz qalsın.


• Saçlarınızı çox tez-tez daramayın.


• Saçları iridişli və ucları iti olmayan daraqla darayın.


• Daraqların sümükdən və ya taxtadan olmasına diqqət edin.


• Saçqurudanı yüksək sürətdə və istilikdə istifadə etməyin.


• Düzgün qidalanmamaq da saçların sönük görünməsinə səbəb olur.


• Boyadan istifadə zamanı çalışın təbii tərkibi olan boyalardan istifadəyə üstünlük

verəsiniz. 


• Saçları tez-tez masaj edin.


• Saçları tez-tez yumayın.




Qadinkimi.com