BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Şahmatçımız Gövhər Beydullayeva gənclər arasında Dünya çempionu oldu Tarix : 21 Oktyabr 2022, 23:00

İtaliyanın Gala Conone şəhərində keçirilən 20 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında 9-cu tur başa çatıb. Təmsilçimiz Gövhər Beydullayeva hesabat turunda erməni rəqibi Məryəm Mkrtçyanı məğlub edərək Dünya Çempionu adını qazanıb.


Beləliklə 19 yaşlı qrossmeysterimiz 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçı kimi adını Azərbaycan şahmatı tarixinə yazdıra bilib. 


Gənc şahmatçımızı təbrik edir, uğurlarının davamını diləyirik.

qadinkimi.com