BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Azərbaycanın bədii gimnastı Almaniyada qızıl medal qazandı Tarix : 12 Dekabr 2022, 10:15
Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku” (WinterCup 2022) Beynəlxalq Bədii Gimnastika yarışında yığma komandamızın üzvü bədii gimnast Leyli Ağazadə 1-ci yerə qızıl medala layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.
 

Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.
 


 
qadinkimi.com