UŞAQ / BÖYÜK
Körpənin ən çox sevdiyi səs Tarix : 13 Mart 2024, 22:56
Ana bətnində körpənin ən çox sevdiyi səs nədir, bilirsinizmi?
Körpə ana bətnində müxtəlif səslərlə əhatə olunub. Məsələn, ananın qan dövranının səsi. Ananın bağırsaq və mədə səsləri. Amma körpənin ilk və ən çox eşitdiyi və ona ən çox təsir edən səs ananın ürək döyüntüsünün səsidir. Onun üçün çox vaxt doğuşdan sonra körpə ağladığında, anası qucağında başını sinəsinə dayadığında körpə sakitləşir.
Bunun səbəbi körpə uşaqlıq içərisində olduqda vərdiş etdiyi səsi eşitməsidir.
 
Məsələn, ana bətnində körpə musiqi səsini eşidə bilər və reaksiya göstərə bilər. Musiqi səsi yüksəkdirsə, körpənin ürək vurğuları sürətlənir.
Yüksək və gurultulu səslər körpəni əsəbləşdirə biləcəyi kimi, sakit və klassik, həzin musiqilər körpəni sakitləşdirə bilər.
Başqa bir tədqiqat göstərmişdir ki, doğumdan sonra körpələr, doğumdan əvvəl ana bətnində olarkən dinləməyə öyrəşdikləri musiqini doğumdan sonra qulaq asdıqları zaman ayırd edə bilir, tam diqqətlə qulaq asır və ya rahatlayıb yuxuya gedirlər.
 
Körpələrdə və Uşaqlarda Yatmaq üçün göstərişlər

İndi bətnindəki körpənin səni və xarici səsləri eşidə bildiyini öyrəndikdən sonra nələr edə bilərsən?
Körpənlə tez-tez danışıb sakit bir səslə mahnı söyləyə bilərsən. Körpən bətnindəykən səsini eşitməyə öyrəşirsə, doğumdan sonra səsinə daha yaxşı qulaq asar və əmrlərinə daha yaxşı itaət edər. Yoldaşının körpəylə danışmasını təmin et, onun da səsinə öyrəşərsə, doğumdan sonra səsini tanıya bilər.
Musiqi dinlə, yüngül klassik musiqi körpənin rahatlamasına köməkçi olar. 
 
 
 

 
 
Mama-ginekoloq Samirə Hüseynova
qadinkimi.com