FEMİNİZM, QADIN / KİŞİ
Kişilərin girişi qadağandır Tarix : 07 İyun 2021, 15:07

Braziliyadakı Noiva do Cordeiro qəsəbəsinə kişilərin həftə içi girişi qadağandır.

Bu qəsəbə dünyanın ən qəribə yerlərindən biridir. Burada 20-35 arası yaşı olan 600 qadın yaşayır. Evli olan qadınların ərləri və 18 yaşına çatmış oğlan övladları qəsəbədən kənarda işləyir və orda yaşayır. Maraqlısı budur ki, onlarçün darıxan və həftə sonu onları dörd gözlə gözləyən qadınlar subay dostlarının da evlənmələrini istəyirlər.

 

 Noiva do Cordeiro. (Source,... | Download Scientific Diagram

 

 

Kişilərin yalnız həftə sonu gəlmələrinə izin verilir. Qəsəbənin bütün işlərinə qadınlar cavabdehlik daşıyır və qərarlar da yalnız qadınlara məxsusdur. Buradakı qadınlar hesab edirlər ki, kişilər olmadan da idarəetmə mümkündür və çox da uğurludur.

Dava düşdüyü zaman kişilər kimi əlbəyaxa olmaq yerinə, məsələni qadıncasına, sülh yolu ilə həll edirlər. Bütün işləri planlı şəkildə edib, bölüşdüklərinə görə, burada rəqabətin olmadığını və insanların bir-biriylə xoş keçindiklərini deyirlər.

 

 Facebook  Facebook

 

 

Noyva du Kordeyru qəsəbəsinin qurulma tarixçəsi 1891-ci ilə dayanır. Həmin ildə Mariya Senorina de Lima zorla ərə verildiyi kişini tərk etdiyinə görə, sakinlər tərəfindən kənddən qovulmuşdur. Bu hadisədən sonra Mariya getdiyi yerdə özünə yeni həyat qurmuşdur. Fəqət buradakı rahib qəsəbədəki qadınlara musiqi dinləmələrindən tutmuş qiyafətlərinə qədər, hətta saç kəsimlərinə belə qadağalar qoymuşdu. Belə olduğu halda, qadınların söz azadlığından söhbət gedə bilməz. Bu tendensiya 1995-ci ildə Rahibin ölümüylə sona çatdı. Qadınlar hegemonluğu əllərinə aldılar və o gündən bəri kişiləri bu qəsəbəyə yaxın buraxmırlar.

Sözügedən qəsəbəyə evlənməkçün elçi gələn kişilərin də bu qanunları qəbul etmələri xüsusi vurğulanır. Qadınlar, hətta özlərini kilsədən təcrid etmiş, evliliklərinə də özləri qərar verirlər.

 


Tərcümə: Arzu Murad