BURA / ORA, FEMİNİZM, QADIN / KİŞİ, GENDER
Türkiyəli qadın millət vəkillərindən Məclisdə “Las Tesis” protesti - VIDEO Tarix : 16 Dekabr 2019, 11:00
Yazar : Qadinkimi.com
Bütün dünyaya yayılan Las Tesis rəqsi ötən günlərdə Türkiyənin Ankara şəhərində də nümayiş olundu. Amma polis təzyiqi ilə qarşılaşdı. Bu dəfə sözügedə rəqs Türkiyə Böyük Millət Məclisində Daxil İşləri Naziri Süleyman Soyluya qarşı edilib. 

Məclisdə büdcə müzakirələrinin sual-cavab bölümündə CHP millət vəkili Sera Kadıgilin başlatdığı nümayişdə CHP-li qadın millət vəkilləri hökumət nümayəndəsi Süleyman Soyluya qarşı çilili qadınlara məxsus "Las Tesis” rəqsinin sözlərini stollara əlləri ilə vuraraq söyləyiblər. 

Kadıgil "Hörmətli nazir Çilidə başlayan və dünyanın hər yerində qadına qarşı şiddətə diqqət çəmək üçün edilən bir rəqs var: "Las Tesis”. Bunu etmək üçün toxunulmaz olmağımız lazım gələn tək ölkə sayənizdə Türkiyə oldu. İndi qadın millət vəkilləri olaraq şiddət görən, öldürülən bütün qadınlar adına sizə bir-iki sözümüz olacaq” fikirlərini dedikdən sonra qadın vəkillər nümayişi gerçəkləşdirib. 

CHP-li bəzi millət vəkilləri də şiddət görən və öldürülən qadınların fotolarını əllərində tutub. 
Etiraz nümayişi daha sonra sosial mediada da gündəm olub. Nümayişi dəstəkləyənlər qədər sərt reaksiya verənlər də var.
 

 
qadinkimi.com