İnsanları tanıdıqca öyrəndiklərim Tarix : 30 Sentyabr 2024, 00:57
Həyat ən güclüləri sındırır, qalxa biləcəklərini sübut etmək üçün onları diz çökdürür. Zəiflərə isə toxunmur, onsuz da onlar ömür boyu diz çökürlər.
 
 
Nə qədər çox bağışlayırsan, bir o qədər çox pisliklər edirlər. Nə qədər çox inanırsan, bir o qədər çox yalan danışırlar.
 
 
Ağrı - kəsilmiş venalar deyil. Ağrı - bir zamanlar yaşadığın və yaşatdığın insanlar üçün sənin artıq gərəksiz olmağındır.
 
 
Hər şey dəyişir. Həyat dəyişir, insanlar dəyişir. Sanki hər şey yaxşıdır. Amma bəzən köhnə necə də çatışmır... O həyat... O insanlar...
 
 
 
Eyni dildə danışanlar deyil, eyni duyğuları paylaşanlar bilir sevginin nə olduğunu.
 
 
Verdiyin dəyərin qarşılığını görmürsənsə, gördüyün dəyəri ver ki, hər kəs öz yerini bilsin.
 
 
Bir qayda olaraq kürəyinə zərbəni o adam vurur ki, sən onu sinənlə qoruyursan.
 
 
İnsan üç halda kobud olur: mənəvi cəhətdən öldürüləndə, hər şeydən bezəndə, xeyirxahlığına ayaq silinəndə.
 
 
Heç vaxt yaşaya biləcəyin qadınla evlənmə. Onsuz yaşaya bilməyəcəyin biri ilə evlən.
 
 
 Bir insan davakardırsa, idarə edin, cahildirsə ağıl verin, əsəbidirsə səbr edin, amma nankordursa yol verin getsin! Çünki davakar insan düzələ bilər, cahil insan ağıllana bilər, əsəbi insan sakitləşə bilər. Amma nankor insan heç vaxt dəyişməz.
 
 
 

 
Avtandil İsrafilov, istefada olan polis polkovniki
 
 qadinkimi.com