HƏR ŞEY / HEÇ NƏ
FHN-çilərin videosu kimə maraqlıdı? - Şəhriyar yazır Tarix : 16 Avqust 2022, 09:00

FHN işçilərinin sevişmə videosunu paylaşanlar, qınayanlar, təhqir edənlər, lağa qoyanlar bilirsiz kimlərdi?


Həyatlarında intim olmayan, intim həsrəti çəkən, alışıb yanan şəxslər.

Belə insanlar emosional, əsəbi, stressli, kobud, kinli, paxıl olurlar.


Özləri yaşaya bilmədiyi şeyləri başqasında görəndə əsəb keçirirlər.  


Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin əsəbi, aqressiv olmasının bir səbəbi də intim aclıqdır.

İnsan bədəni fizioloji baxımdan intim münasibətə həmişə acdır, bu bir tələbatdır, su, qida, hava kimi...


Mən cavan qızlara da həmişə deyirəm (oğlanlar az da olsa tapıb yaşayır).

Çalışın həyatınızı yaşayın. İmkan vermirlər? Gizlin yaşa, səni başa düşmürlər? Yalan danış, aldat. Baxırsan 30 yaşına gəlib çatıb, amma həyatında heç vaxt kişi olmayıb. 


Bu qız əsəbi, dəli, xəstə olmasın neyləsin? 

Bütün gəncliyi getdi...adam adicə öpüşə bilmir.


Nə var, nə var, ərə gedəndə hansısa neandertal 2 damcı qan görəcək.


Bütün cəmiyyət o 2 damcı qana görə bədbəxt olub, dəli, əsəbi, aqressiv, xəstə olub...


Həyatınızı yaşayın. Nə yolla olur olsun.

İnanın ki, zamanla başqasının yatağı sizə maraqlı olmayacaq.


Şəhriyar Məhərrəmov

qadinkimi.com