BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Ərdəbildə məktəbli qız döyülərək qətl edilib Tarix : 17 Oktyabr 2022, 20:44

Ərdəbildə məktəbli qız Xomeynini mədh edən marşı oxumadığı üçün döyülərək qətl edilib


Keçən həftə İranın Ərdəbil şəhərində yerləşən Şahid Qız liseyinə rejim qüvvələri tərəfindən basqın olub. Təhlükəsizlik qüvvələri hakimiyyətyönümlü yürüşlərə qatılmaqdan imtina edən şagirdlərə qarşı zorakılıq tətbiq ediblər. Ayətullahı mədh edən himni oxumaqdan imtina etdiyi üçün 16 yaşlı məktəbli Əsra Pənahi  ağır işgəncələrlə döyülərək öldürülüb.



Bu barədə Ərdəbil Müəllimlər Sindikatlarının Koordinasiya Şurası məlumat yayıb. Məlumata görə digər şagirdlərdən 7-i yaralanıb, 10-u isə həbs olunub. 


Lakin rəsmilər bu xəbəri rədd edib və dövlət televiziyası Əsranın ürəyində problem olduğunu bildirib. Qız isə üzgüçülük üzrə çempion olub, ürəyində heç bir problem olmayıb, ona vurulan zərbələr nəticəsində daxili qanaxmadan vəfat edib. Qardaşı Mohammed Reza xəbərə dözə bilməyib intihar edib, atası isə bir ay öncə rejim tərəfindən edam edilib. 



Uniformalı qüvvələr tibb işçilərini və tələbələrin valideynlərini təhdid edərək, xəbər mediada dərc olunarsa, digər tələbələri də öldürəcəklərini bildiriblər. 


Rejimə qarşı protestlərin davam etdiyi bir ay ərzində çox sayda qadın və qızların öldürüldüyü deyilir. Qadınlar zorakılığa məruz qalsalar da, öldürülsələr də, hüquqları və həyatları uğrunda mübarizədən əl çəkmirlər. 


qadinkimi.com