SƏNƏT
On İki Qadın Fotoqraf Ərəb Diktaturasına Qarşı - fotolar Tarix : 28 Yanvar 2019, 13:05
Yazar : Qadinkimi.com

 
 
On iki ərəb fotoqraf, ərəb qadınının azadlıq xəyalını çəkib. 
 


Yaxın Şərqdən olan 12 qadın fotoqraf qadağalarla üzləşən, görməzdən gəlinən, kultural olaraq arxa plana atılan ərəb qadınlarının sistemə qarşı üsyanını  obyektivlərə köçən kadrlarda əks etdirib.
 
 
Yaxın şərq və Şimali Afrikada 370 milyon insanın yaşadığı 22 ərəb ölkəsində qadınlar, həmişə ikinci planda olub. Cəmiyyətlə şəxsi həyat arasında qalan bu qadınları elə qadınlar anlayır.
 
 
 
Ərəb dünyasının 12 qadın fotoqrafı ərəb qadınının kimlik axtarışını, ölkələrindəki həqiqətləri öz kadrlarına sığdırmağa çalışıb. ABŞ-ın Boston şəhərində yerləşən İncəsənət Muzeyi, 2014-cü ilin yanvar ayında bu qadın fotoqrafların Jananne Al-Ani, Boushra Almutawakel, Gohar Dashti, Rəna Əl Nemr, Lalla Essaydi, Shad-ı Ghadirian, Tanya Habjouqa, Rula Halawani, Nərminə Hammam, Rania Matar, Shirin Neshat və Newsha Tavakolianın Yaxın Şərq şəxsiyyətindəki qavrayışları dəyişdirən kadrları bir yerə yığaraq sərgi düzənləyib.
 
 
"Le Who Tells a Story" (Hekayəsini izah edən qadın) sərgisində 4 iranlı fotoqraf iştirak edirdi.
 
 
 
İranda New York Times üçün foto çəkərkən 2009-cu ildə işləməsi qadağan olunan Newsha Tavakolian, "Mən nə düşündüyünü izah etməyə çalışan insanların arasında böyüdüm. Çəkdiyim fotolar da bu insanların azad fikirlərini əks etdirir" deyə danışıb. Muzey direktoru Kristen Gresh, "Bu fotolar bölgədəki basmaqəlib düşüncələrə meydan oxuyur. Yalnız bir hekayə deyil, bir sürü şey danışır" deyib.
 
 
 
İraqlı Jananne Al-Ani isə işlərində qadının başına örtdüyü hicaba toxunur və artıq hicabının dini zərurətdən çox  başqa mənalar üçün istifadə edildiyini düşünür. Harada olursa olsun, qadın olduğuna diqqət çəkən Livanlı fotoqraf Rania Matar isə "Həyatım boyu mən bu regionda fəlakət, müharibə və kədər gördüm" deyir.
 
 
 
İranlı Newsha Tavakolian isə dənizə çarşabla daxil olan iranlı qadını lentə alan fotoşəklinə "Unutma bu, sən deyilsən" adını verib. 
 


 
Yəmənli ilk qadın fotoqraf Boushra Almutawakel, "Qadın və yox oluş" adlı çalışmasında bir qadının uşaq böyüdərkən gördüyü təzyiqi anladıb.
 
 
Bu foto ilə bağlı isə belə deyib: "Eyniləşdirmə - stereotipləşdirmə "yox etmə”nin ən qısa yoludur”.
 
 
 
Bir başqa iranlı fotoqraf Gohar Dashti isə müharibə və həyatı anlatdığı işlərində gənc cütlükləri çəkib. Dashti müharibə şəraitində bir cütlüyün evlənmək xəyalını göstərməyə çalışıb.
 
 

Rania Matar isə livanlı gənc qızların iç dünyasını əks etdirib.