UŞAQ / BÖYÜK
"Tez-tez danlanan uşaq qınamağı öyrənir" - Mariya Montessori Tarix : 01 İyun 2019, 11:48
"Tez-tez danlanan uşaq qınamağı öyrənir" - Mariya Montessori

Mariya Montessori pedaqogikada inqilab etmiş həkim, pedaqoq, alimdi. Ömrünü öz metodologiyasına həsr edən bu qadın uşaqların öz bacarıqlarını inkişaf etdirməsi üçün əlindən gələni edib. O, əsas faktı bizə göstərib. Uşaqlar bizim kimi deyil, başqadılar. Uzun müddət böyüklər üçün uşaqlar, beynini öz düşüncələrimiz, qaydalarımızla doldura biləcəyimiz balaca insan idi. Bizə elə gəlirdi ki, uşaq - böyüdüb tərbiyə verməli olduğumuz varlıqdı. Hər kəs uşağa tərbiyə vermək istəyirdi. Hər kəsə elə gəlirdi ki, uşaq köməksiz və dünyadan xəbərsiz, tərtəmiz insandırsa, ona göstəriş vermək, onu cəzalandırmaq, üstünə qışqırmaq, qadağalar qoymaq, öz dünyagörüşünü ona sırımaq, kobud davranmaq olar. 1889-cu ildə uşaqlarla bağlı çıxışı ilə Mariya Montessori bu ənənəni alt-üst etdi. İtaliyada ilk tibb təhsili almış qadın və uşaqların dünyasını öyrənən ilk filosof kimi Mariya bəşəriyyətin uşaqlara münasibətini dəyişdi. Onun metodları ilə yeni və azad insan formalaşdı. 

1.Uşaqlar onları əhatə edən mühitdən öyrənirlər.  
2.Uşağı tez-tez danlayırlarsa, o, hər kəsi qınamağı öyrənir. 
3.Uşağı tez-tez öyürlərsə, dəyər verməyi öyrənir. 
4.Uşaqla tez-tez dalaşırlarsa, dalaşqanlığı öyrənir. 
5.Uşaqla dürüst olurlarsa, ədalətli olmağı öyrənir. 
6.Uşağı tez-tez utandırırlarsa, özünü günahkar hiss edir. 
7.Uşaq özünü güvəndə hiss edirsə, inanmağı öyrənir. 
8.Uşağı tez-tez ələ salırlarsa, cəsarətsiz olur. 
9.Uşağı tərifləyirlərsə, özünə sayğılı olur. 
10.Uşaqla təmkinli davranırlarsa, səbrli olmağı öyrənir. 
11.Uşağa tez-tez xoş söz deyilirsə, özünəinamı güclənir. 
12.Uşaq sevgi və dostluq atmosferində yaşayırsa, dünyada sevgi tapmağı öyrənir. 
13.Uşaq haqda pis danışmayın - nə öz, nə də başqasının yanında. 
14.Uşaqda olan yaxşı şeylərin inkişafına güc verin, nəticədə onda pis şeylər üçün yer qalmayacaq. 
15.Uşağın olduğu mühitə çox diqqət ayırın. Hər materialın doğru yerini və istifadəsini göstərin.  
16.Sizə ehtiyacı olan uşağın çağırışına mütləq diqqət yetirin. Onu həmişə dinləyin və cavab verin. 
17.Uşağa sayğı göstərin. Yanlışı olsa belə. Çünki bu yanlışı daha sonra düzəldə bilər. Ancaq özünə və başqa uşaqlara ziyan verə biləcək materialdan istifadə etməsinin qarşısını mütləq alın. 
18.Dincələn, kiminsə iş prosesini izləyən, özü nəsə etmək haqda və ya etdikləri haqda düşünən uşaqlara hörmət edin. 
19.Ola bilər ki, hələ özünə ürəyincə olan konkret məşğuliyyət seçməyib. Hər halda nəsə etmək istəyən uşağa yardımçı olun. 
20.Yorulmadan uşağa əvvəllər başa düşmədiklərini başa salmağa çalışın. Anlaya bilmədiklərini anladın. Bunu sevgiylə, sakitcə, qayğıkeşliklə edin. Axtarışda olan uşağa köməyə tələsin və artıq axtardığını tapandan sonra mane olmayın.
21.Uşaqla danışanda həmişə xoş və mədəni olun. Bir insan kimi sizdə ən gözəl, ən yaxşı nə varsa ona verin. 
 
qadinkimi.com