BURA / ORA
Karl Detroit və Nazim Hikmətin hekayəsi Tarix : 22 İyun 2018, 13:45
Yazar : Qadinkimi.com

1827-ci ildə Almaniyanın Maqdeburq şəhərində bir musiqi müəlliminin oğlu dünyaya gəlir (Lüdviq Karl Fridrix Detroit).



Ana və ata daima mübahisə etdiyindən, uşaq yaxınları tərəfindən yetimxanaya verilir. Uşaq 12 yaşına çatdıqda, bir gecə yarısı bütün yoldaşları yatdıqdan sonra, mələfələri bir-birinə bağlayıb pəncərədən qaçır və Hamburqa gedir. Böyük bir liman şəhəri olan Hamburqda bir gəmidə işə başlayan Karl Detroit, bütün Aralıq dənizini gəzib, Mərmərə dənizindən çıxan gəmi ilə boğaza gedərkən, Qız Qalasını görüb dənizə atılaraq ona doğru üzməyə başlayır.



 

Uşaq tutulur və Kansler Əli paşanın (şair) yanına aparılır.

Kansler soruşur: - Almaniyadan niyə qaçdın?

Karl Detroit cavab verir: - Döyürdülər orda, bezdim və qaçdım.

- Bəs, niyə Aralıq dənizinin o qədər yerini qoyub İstanbulda atıldın dənizə, ay oğul?

Karl Detroit Qız Qalasını göstərib "mən o qülləni çox sevdim” deyir.

Almanlar uşağı geri istəyir, lakin Kansler Əli paşa "yox, o, artıq mənim oğlumdu, onu ala bilməzsiz” deyir. O gündən Karl Detroitin adı dəyişərək Mehmet Ali olur və hərbi məktəbə göndərilir. Aldığı təhsilin ardından Krım donanmasına qatılır və paşa titulu alır. O, artıq sığındığı ölkənin bir paşası idi!


 

 


1878 Berlin müqaviləsinə gedən nümayəndə heyətinin tərkibində yer alan Mehmet Ali paşa, doğulduğu ölkəyə bir Osmanlı paşası olaraq qayıdır. Almaniyadan dönərkən Albaniyada yolunu kəsən quldurlar tərəfindən öldürülən Karl Detroit, arxasında 4 qız övladı qoyur. Onlardan biri Leyla xanım idi. Bu Leyla xanımın da bir qızı olur - Cəlilə xanım. İlk türk rəssamlarından olan Cəlilə xanımın bir oğlu dünyaya gəlir.


           

      

 

 

Şəkildə gördüyünüz o balaca körpə böyüyüb adını türk dünyasına və dünya poeziyasına böyük şair NAZİM HİKMƏT olaraq yazdırır. Nazim Hikmətdən hamı danışır. Amma onun Türkiyəyə necə gəlib çıxdığını çox adam bilmir.


 

qadinkimi.com