BURA / ORA
İranda 1979-cu ildən bəri bir ilk - Qadın basketbol komandasının üzvləri oyuna hicabsız çıxıblar Tarix : 24 Noyabr 2022, 14:55
İranın "Canco” qadın basketbol komandasının bütün oyunçuları ilk dəfə oyuna hicabsız və müasir idman geyimində çıxıblar. Daha sonra isə bu tarixi fotonu çəkdiriblər."Canco” basketbol komandasının məşqçisi Ferzane Jamami öz instaqram hesabında "Qızına öyrət, cinsiyyətə əsaslanan rollar mənasızdır" başlıqlı yazı ilə qadınlardan ibarət basketbol komandasının bütün oyunçularının hicablarını çıxardıqlarını açıqlayıb. Bu, çox mühüm bir hadisədir, İnqilabdan sonra belə bir şey ilk dəfədir... Xatırladaq ki, İranda etiraz aksiyaları zamanı 400-ə yaxın etirazçı öldürülüb, bir o qədəri də ölüm hökmü ilə həbs edilib.
 

 
Hazırladı: Günel Dəniz
qadinkimi.com