AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN TARİXİ BİLİNDİ Tarix : 05 Dekabr 2019, 17:01
Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərin tarixi məlum olub. Seçkilər 2020-ci ilin 9 fevralında olacaq. 

Prezident İlham Əliyevin Parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər gələn il fevralın 9-na təyin edilib.
 
qadinkimi.com