SƏNƏT
Aydan Salahova "Rusiyanın 100 ən önəmli rəssamı" siyahısına daxil edildi Tarix : 24 Sentyabr 2019, 10:15
Yazar : Qadinkimi.com
Tanınmış ictimai xadim, rəssam, heykəltəraş, qalereya sahibi, həmçinin dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun qızı olan Aydan Salahova Russia Beyond nəşr evi tərəfindən tərtib edilmiş "Bilməli olduğunuz 100 ən önəmli rus sənətçisi" siyahısına daxil edilib.
 

Əlbəttə ki, Rusiya sənətində bilməyə dəyər 100-dən çox böyük ad var. Lakin nəşr evi orta əsrlərdən bu günə qədər dünya sənət səhnəsinin ayrılmaz hissəsinə çevrilən dövrünün ən parlaq simalarını seçib. Aydan Salahovadan başqa siyahıya Andrey Rublev, İsaak Levitan, Aristark Lentulov, Mixail Larionov, Oleq Kulik, Boris Kustodiev kimi məşhur rəssamların adı daxil edilib.
 
 

Qeyd edək ki, rəssam, heykəltaraş, videorejisssor, performansist, diler, qalereya sahibi, müəllimə Aydan Salahova uzun illərdir Moskvada yaşayır. 1992- ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini ("Aydan” qalareyası) açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır. Bir oğlu olan Aydan Salahova incəsənətlə bağlı hər şeyi sınaqdan keçirməyə qərarlıdır. Və artıq çoxunu da sınaqdan keçirib.
 
 

Qadinkimi.com