GENDER
ABŞ SƏFİRLİYİ VƏ ADA UNİVERSİTETİNİN GENDER LAYİHƏSİ - SORĞU - iştirak edə bilərsiniz Tarix : 27 Yanvar 2019, 20:47

Dəyərli Qadınkimi.com oxucuları!

ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində təşkil edilmiş "Tədqiqat Bacarıqlarının və Beynəlxalq Əlaqələrin Gücləndirilməsi" layihəsi çərçivəsində "Qadınların həyat tərzi seçimi və karyera iddiaları" haqqında sorğu keçirilir. Sorğunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Esmira Niftili gerçəkləşdirir.

Məqsəd müəyyən gender və motivasiya nəzəriyyələrinin Azərbaycanda nə dərəcədə işlək olduğunu müəyyən etməkdi. Sorğu sosial şəbəkələrdə böyük maraqla qarşılanıb, 5 gün ərzində 370 nəfər respondent iştirak edib. Layihə müəllifləri sorğunun konsepsiyasının saytımıza uyğun olduğunu düşünərək bizə müraciət edib, Qadinkimi.com-un izləyicilərinin də iştirakını arzu etdiklərini bildiriblər. Aşağıdakı linkə girərək, sorğuda iştirak edə bilərsiniz. Cavablama prosesi 4 fevral 2019-cu il tarixinə kimi aktiv olacaq. 


Sorğunun linki: https://goo.gl/forms/g1fyh9vfdbjiF9BF2