HƏR ŞEY / HEÇ NƏ
Özünü tanı - Test 5 Tarix : 06 İyul 2020, 12:47

 Özünü tanı.

 

Test 5

 

Şəkildə təsvir olunan qış mənzərəsi həyatdan zövq almaq qabiliyyətinizi əks etdirir. Test vasitəsilə psixikanızın yaxşı olub olmadığını öyrənin.

 

 

 

 

 

 

Əgər düşünürsünüz ki, daha çox qar olsa, təsvir maraqlı təsir bağışlayar, deməli bu özünüzü xoşbəxt hiss etmədiyinizdən xəbər verir.

 

Göyün çox açıq olduğunu düşünürsüz və nisbətən tünd rəng çalarları, qaranlıq tonları əlavə etmək könlünüzdən keçirsə, deməli təbiətinizə görə pessimistsiz, həyatdan zövq almağı bilmirsiz və çox vaxt hər şeydən narazı olursuz.

 

Şəkildə təsvir olunan evə qapı, boru, eyvan bə başqa detallar əlavə edirsinizsə, o zaman şən, zarafatı sevən bir insansınız, prioritetləriniz ev, qohumlar və dostlardı. Həyatdan zövq almağı və onu qiymətləndirməyi bacarırsınız.

 

Yeni il atributları əlavə edərək şam ağacını məmnuniyyətlə bəzəyərsizsə, bu sizin həyatda heç bir çətinlik çəkməyən şən və asan yola gedən bir insan olduğunuzu göstərir.

 

Əgər təsvirə baxarkən orada insanın çatmadığını düşünürsünüzsə, bu yaxşı əlamətdir.

İnsan fiqurunu öz aləmində şam ağacının yanında çəkirsinizsə, bu, həyatdan məmnun olduğunuzu və həyatınızda bir şey dəyişdirmək əzmində olmadığınızı göstərir.

 

Evdən və ağaclardan uzaq bir insan təsviri isə həyatda kifayət qədər məqsədiniz yoxdur deməkdir. Bir az stimullaşdırmaya ehtiyacınız var, ümumiyyətlə vəziyyəti nəzarətdə saxlayırsınız.

 

Evdəki adam pəncərədən baxırsa, sizin çox yorğun olduğunuza işarədi və istirahətə ehtiyacınız var.

 

 

 

Yeganə İskəndərova.


 


qadinkimi.com