HÜQUQLARIMIZ
Yardımlıda ata bir qızını zorla digər qızının ərinə vermək istəyir Tarix : 15 Sentyabr 2022, 17:47


Qadinkimi.com xəbər verir ki, bu barədə Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova facebook hesabında yazıb. 

 

O bildirib ki, Yardımlıdan övladı ilə ayaqyalın Bakıya qaçan bir qadını sapsağlam bacısının əri zorla almaq istəyirmiş. Qadının ailəsi də buna razılıq verərək ondan gizli kəbinlərini kəsdirib.


Məlumata görə 3 illik evlilikdən sonra zorakılıqdan canını qurtarıb boşanaraq atasının evinə qayıdan qızını ata digər qızının əri ilə evlənməyə məcbur edir. Həmin kürəkəni isə Yardımlı rayon Alvana kənd məktəbinin direktorudur. 

 

Məktəb direktoru qadını - kəlağayı ilə boğaraq onunla getməyə məcbur etdikdə qadın övladını da götürüb qaçıb. 

 

Qadın Binəqədi Rayon Polis İdarəsi tərəfindən sığınacağa yerləşdirilib. 


qadinkimi.com