BURA / ORA
Xalq artisti Rafael Dadaşov vəfat etdi Tarix : 16 Mart 2020, 16:10
Yazar : Qadinkimi.com
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşov vəfat edib.

Bu barədə APA -ya Azərbaycan Dövlət Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, aktyor bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Aktyor sabah II Fəxri xiyabanda dəfn ediləcək.

Allah rəhmət eləsin!

qadinkimi.com