UŞAQ / BÖYÜK
Övladını tanı - Ekhart Tollenin " Yeni dünya" kitabından Tarix : 03 İyun 2022, 22:38
Yazar : Qadinkimi.com
Sən insansan. Bu nə deməkdi? Yaşamaq kimisə yönlədirmək deyil, varlıqla insan arasında tarazlıq yarada bilməkdi. Ana, ata, ər, arvad. gənc, yaşlı – bunlar hamısı formadı, həyatdakı rolundu, hansısa funksiyandı. Bunlar insanların ölçüləridi.  Bir də olur - varlıq. Bütün bunlar  hörmətə layiq olsa da, yetərli deyil. Yetkin, anlaqlı münasibətlər üçün bəs etmir.  Bütünlükdə insanlığın yaratdığı ölçülər yetərli deyil. Nə etsən, hansı uğuru qazansan da bu ölçülərlə  yarımçıq qalırsan. Var olmaq isə ayrı şeydi.  Var olduğunu sakitlikdə tapmaq, şüurun ayıqlığı ilə hiss etmək olur.  İnsan sadəcə formadı. Var oluş isə formasızdı. İnsan və varoluş bir –birindən ayrı anlayışlar da deyil əslində. Bir-birində əriyib bütünləşən anlayışlardı. İnsanlıq ölçülərinə görə  sən öz övladından üstünsən. Daha yekəsən, daha güclüsən, çox bilirsən və s.   Bu ölçülərlə razılaşırsansa, uşağına olan heyranlığın belə şüursuz heyranlıqdı. Valideynliyin şüurlu deyil.

 
Şüursuzca, bilmədən uşağı özünü səndən aşağı hiss etməyə məcbur edirsən. Sənlə övlad arasında bərabərlik yoxdusa, valideyn deyilsən. Çünki ilişkinizdə yalnız forma var, o sənin övladındı, sən valideynsən – bu, formadı. Formada bərabərlik olmur. Övladını sevsən də bu sevgi  şüursuz şəkildədi. Asılılıqdı, şüvəndi, qışqırıqçılıqdı, mənimlik hissidi. Bərabər deyilsizsə, gerçək sevgidən söz gedə bilməz. Bərabərlik isə formadan kənarda qalır. Gerçək sevgi yalnız o zaman doğula bilər ki, sən formadan imtina edib anında olanları hiss edəsən, uşağının varlığını, ruhunu, burda bu an varoluşunu, nə etdiyini və özünün  də bütün bu mövcudluğa münasibətini dərk edəsən. Öz ölçülərindən imtina edib zamandan kənara çıxa biləsən.  Övladına özünü ağıllı, çoxbilən, hökmlü, üstün kimi təqdim etmək yerinə, bütün bunları unudub sadəcə onu  və öz varlığını duy. Bundan zövq al.  Siz onda iki varlıq kimi ünsiyyətə girib bütünləşə bilərsiz. Bir-birinizdə əriyərsiz. Bu zaman sevgi doğulur.  Özünü başqasında hiss etməyə çalışanda gerçək hiss yaşayırsan.  Bu başqası sənin övladındı. O an övlad sevildiyini, daha doğrusu hiss edildiyini görür, anlayır. Qəbul olunduğunu, varlıq olaraq tanındığını görür. Gerçək sevgi yalnız bu zaman yaranır.  Vəhşi instinkt və mexaniki davranışlar, mexaniki valideynlik sevgi yaratmır. Sənin sevgi kimi anladığın şey isteriklikdi, panikadı, şüurlu duyğu deyil.  Sən "övladım” hissini yaşamırsan, əzbərdən oynayırsan. Özün də bilmədən.  Övlad həqiqətən anlaşılmadığını, başa düşülmədiyini, hiss edilmədiyini qavrayanda onun içində ağrı doğulur. Çox vaxt da bu ağrı valideynə qarşı gizli nifrətə çevrilir. " Məni niyə tanımırsan?” "Məni niyə qəbul etmirsən?” – şüuraltında bu sual əzab verir ona.  

 
Başqa biri səni tanıyanda ikiniz də varoluş dünyasına girirsiz.   Sevgi budu.  Bir-birinizə ötürməklə sizi birləşdirən və sizdən ayrılıb dünyaya ordan yenidən özünüzə qayıdan enerjidi sevgi.  Sən və uşaq kontekstindən baxsaq da bu proses bütünlükdə bütün münasibətlərə aiddi.  Belə deyim var: Tanrı sevginin özüdü. Bu elə də doğru fikir deyil. Tanrı sənin içindəki həyatdı. Kənardakı həyatın  saysız formaları deyil.  Sevgi ikililikdi. Sevən və sevilən. Subyekt və obyekt. Ona görə də sevgi təkin cüt halıdı.   Bu Tanrının doğuluşudu. Sevgi həyatı yerdən ayırıb göylərə qaldırır. Sevgi ilahi ölçülər üçün dünyanı daha yumşaq, daha duru edir, şüuru işıqlandırır, aydınladır.    
 
 


qadinkimi.com