BURA / ORA
Vəhşi heyvanlarla çəkilmiş 20 təhlükəli portret Tarix : 23 Noyabr 2022, 16:30
Yazar : Qadinkimi.com
Bu gördükləriniz "Photoshop" deyil Rus fotoqraf  Katerina Plotnikovanın canlı heyvanlarla çəkdiyi fotosessiyadandı. Bir anlıq özünüzü bu fotoların içində təsəvvür edin. İçdən içə bir ürpərmə, qorxu hissi keçirdiz deyilmi? Lakin bu fotolardan da aydın olduğu kimi sənət üçün qorxunun önünə keçmək mümkündü. Qorxu hissini məğlub edib təbiətə bir addım daha yaxınlaşa bilər insan. Məsələ təkcə yaxın olmaqla qalmır, anlaya bilənə böyük dərslər də verir eyni zamanda.
 
Elə ilk fotonu götürək. Əslində məqsəd sadəcə bir ayı ilə foto çəkmək deyil, qadının gücünü, statusunu vurğulamaqdı. Bildiyiniz kimi ayı gücü, instinkti,  təbiətdəki üstünlüyü simvolizə edir, lakin bu üstün məxluq onunla kontrast təşkil edən zərif bir qadının önündə diz çöküb. Bu kadrları çəkmək əlbəttə ki, təhlükəlidi lakin bu işdə fotoqraf xanıma peşəkar heyvan  təlimçiləri yardım edib. Müəllif "kadr arxası” ndan bir neçə görüntünü də tamaşaçılarla bölüşüb. Diqqətlə baxsaq model qızlarda qəribə bir  sakitlik, dinclik hökm sürdüyünü görərik. Ona görə də hətta yaxşı hazırlanmış heyvanlar olmasaydı belə bu xanımın çəkdiyi fotolar mistik gözəlliyi ilə hamını heyran edəcəkdi.
 


















 
Qadinkimi.com