FEMİNİZM
Türk qadını rəngli kəlağayı bağlayıb, qara örtükdə gəzməyib Tarix : 20 Aprel 2021, 22:34

 

 

 

Kəlağayı - Ağanın örpəyi

 

Türk qadınının çox qədim baş örtüyü.

 

 

Gəlmə sivilizasiyaların küncə sıxışdırdığı ipək örpək.

 

 

Türk qadını həmişə evin, ailənin, ortamın yönəldəni sayılıb.

 

 

Ona xan-ım, bəy-im, kat-un (yüksək qatda olan) deyilib.

 

 

Kəlağayı sözünün anlamına varaq.

 

 

Kəl – ağayı, bildiyimiz kəl, kəllə, baş və ağa sözlərinin birləşməsidi.

 

 

Ağanın baş örtüyü deməkdi.

 

 

Rəngarəngdi, üstündə butaları var, işıqlıdı, ipəkdəndi. Ağırlıq gətirməz, istilik verməz, qaramat ötürməz.

 

 

Günlük həyatında qara örpək bağlamazdı türk qadını. Yalnız yaslara gedəndə qara kəlağayı bağlardı.

 

 

Qara baş örtüsü dərd simvolu sayılıb.

 

 

İtkisi olan taxıb.

 

 

Rəngli örpək bağlayıb qadınımız.

 

 

Heç kim gündəlik qara yaylıq atmayıb başına.

 

 

Qadına qara bağlamaq ona şüuraltı "qadın olduğun üçün bədbəxtsən, ömürlük yasdasan, köləsən, qaranlığa məhkumsan” fikrini yeritməkdi.

 

 

Yoxsa, adam günün günorta çağı heç bir səbəb olmadan başına niyə qara bağlasın?

 

 

Türk kişisi bəyim, xanım, ağam dediyi qadına əl qaldırmayıb, onu müti saymayıb, onu qaramata salmayıb.

 

 

Bugün də həmin ənənə yaşayır. Qadınına "müdür” deyən kişilər az deyil. Ordan gəlmədi, genetik yaddaşdandı.

 

 

Türkiyədə qoçaq qızlara qız ağa deyirmişlər. Hələ də yaşayır bu söz.

 

 

Bizim cənub bölgəsində Lənkəran, Astarada qadını "qıza” deyib çağırarlar. Qız ağa səsləməsinin qısalmışıdı. Qız ağa, qız aa, qıza...

 

 

Havalar isinib. Kəlağayımı çıxarıb çiynimə atdım. Nə tərlədir, nə ağırlıq gətirir.

 

 

Əziz qadınlar, milli koloriti olan kəlağayıya yiyə duraq. Örpəyimizə yenidən can verək. Ağa olduğumuzu xatırladaq.

 

 

Nə deyirsiz?

 
Aysel Aydın Əlizadə
qadinkimi.com