YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Tükənmək müalicə edə biləcəyimiz xəstəlikdir Tarix : 05 Fevral 2021, 14:24
Həyatın sürətli tempindən bir çox insan tükənməkdədir.
 
Tükənmək xəstəlik kimi Ümumdünya səhiyyə təşkilatları tərəfindən rəsmən tanınır.
 
Emosional tükənmə səbəbindən hər kəsin daha çox yaşamaq və işləmək üçün gücünün olmadığı anlar olur. İndi hər şey dəyişir. Hətta bir vaxtlar  xəstəlik sayılmayan depressiya epidemiyaya çevrilir. Bir ilə yaxındır ki, qlobal dünyamızda yaşadığımız ağlasığmaz covid -19 epidemiyası hökm sürür. Qarabağımızın 30 illik işğalını 44 günlük  Zəfər-qələbə ilə bitirməyimiz, 3000-dən çox hərbçilərimizin və  dinc əhalimizin  itgisi - yaşaydığımız sevinc hissi ilə yanaşı ağrılı - acılı kədərimizə də səbəb oldu.  həyatın hər hansı mərhələsində posttravmatik - hədsiz qorxu, çarəsizlik və ya dəhşətli anı yenidən yaşamış hədsiz stresslər keçirən adamlar  nevrotik problemlərilə ruhi pozuntuya məruz qaldılar. 
 
 
Image result for təbəssüm 

 
Məlum hadisələrlə əlaqədar və aldığımız başqa informasiyalar fiziki və mənəvi gücümüzü tükədərək  psixoloji gərginliyimizin yaranmasına səbəb olur. Müasir dünyamızda daim sürətlənən bir həyat tərzində yaşayırıq. Televizora baxırıq, telefonda danışırıq, planşetdə işləyirik, xəbər lentlərinə diqqətimizi yönəldir, sosial şəbəkələrdə vaxt keçirir, qüssə gətirən bolluca informasiyalarla topladığımız gərəkli - gərəksiz məlumatları qavramağa çalışırıq, mesajlara verdiyimiz cavablara, yazdığımız kommentlərə də vaxt ayırırıq. Hay - küylə, zehin yorğunluğu ilə keçən ömrümüzü adi həyat tərzi kimi yaşadığımızı düşünür, sağlamlığımızı riskə atırıq, orqanizmimizə  verdiyi zərərin fərqinə varmır, həyat ritminin sürətindən xəbərdar olmuruq.
Problemi anlamaq və yaşamaq üçün güc olmadıqda bədbinliyə qapılırıq. Təhlükə budur ki,  xəstəliyini tam olaraq anlamayan insan özünə kömək edə bilməz, sağalmasına şərait yaradılmasa enerjisi yenidən tükənər. Bəzən də özümüz özümüzə - artıq tükənmək üzrəyəm,  gücüm  çatmır deyə - etiraf da edirik.
Hər insan zaman-zaman özünü yorğun hiss edir. Bu, müxtəlif yollarla özünü göstərə bilər, məsələn, süstlük yaranır, motivasiya və enerji çatışmazlığı özünü kəskin biruzə verir. Yorğunluq bədənin fiziki fəaliyyətinin zəifləməsinə, psixoloji stresə, cansıxıcılığa və ya yuxu çatışmazlığına reaksiyadı. Bunların öhdəsindən gəlmək üçün stress daxili qaynaqlarımızı səfərbər edir, ancaq davamlı olaraq neqativlik şəraitində yaşamaq mümkün də deyil.  Orqanizmin öhdəsindən gələ bilmədiyi xroniki stress insana zərər verir. Adi gündəlik yorğunluğu isə xoş istirahətlə özümüzdən uzaqlaşdıra bilərik. Xroniki yorğunluq sindromu ilə güc itkisi o qədər qabarıqdır ki, yaxşı istirahət və sağlam yuxu da bizi enerji ilə doldura bilmir. Son  aylar ərzində duydyğumuz süstlük,  davamll duyulan hər hansı bir əzələ ağrısı, tez-tez şikayət edilən baş ağrısı, fiziki və ya zehni iş zamanı əzginlik, yuxu pozğunluğu,  yaddaş pozğunluğu, əsəbiliyin artmısı, zəka və diqqətin azalması, işıq qorxusuyla motivasiyamızın - həyat keyfiyyətinin aşağı düşməsini müşahidə ediriksə,  bu xroniki yorğunluqdu. Bunların öhdəsindən gəlmək üçün stress daxili qaynaqlarımızı səfərbər edir, ancaq davamlı olaraq neqativlik şəraitində yaşamaq mümkün deyil, orqanizmin öhdəsindən gələ bilmədiyi xroniki stress insana zərər verir. 
 
Özümüzlə ucadan danışmağın kədərli hisslərə üstün gələcəyimizə kömək edə biləcəyi elmi cəhətdən sübut edilmiş bir həqiqətdi. Heç kim görmədikdə oturub özünə deyə bilərsən:
"Əzizim, indi sənin üçün nə qədər çətin olduğunu yaxşı anlayıram. Daha asan olacaq, buna inan, gülümsə, həyata təbəssüm et" deyərək özümüzə inamı təlqin edərək qüvvə toplayır, motivasiyamızı da yüksəltmiş oluruq.
Yaşamaq üçün güc yoxdursa, ömrümüzə yenidən sevinc gətirmək və daha enerjili olmaq üçün həyatda  yeni bir məna tapmağa çalışmaq gərəkdir. Baxış bucağımız bir qədər  dəyişilmiş olarsa, eyni hadisələrə fərqli bir nəzərlə baxarıqsa, hər şeyin yaxşılığa doğru yönəldiyinin şahid olarıq. Kədərliyiksə,  həyata olan inamımız tükənirsə, yaşamaq üçün qətiyyən gücün olmadığını düşünürüksə ümidsiz olmağa tələsməyək. Həyat davam edir, çıxış yolu həmişə var. Həyatımıza yenidən sevinc gətirmək və daha enerjili olmaq üçün neqativliyi özümüzdən uzaqlaşdırmağa çalışaq. Həyat öz-özlüyündə gözlənilməzdi, müsbət və mənfi yöndə düşünmədiyimiz hər şeyin baş vermə ehtimalı həmişə var.
 
 
 

 
 
Yeganə İskəndərova
 
 
qadinkimi.com