Yapon məktəbi: 4 yaşlı uşaqlar özləri tək metro ilə gedib gəlirlər. Heç kim qorxmur!
CityLab yazır ki, Yaponiyada məktəbəqədər uşaqların metro ilə gedib-gəlməsi normal hal sayılır. Onlar tək və ya kiçik qrup halında səyahət edirlər. Onları heç kim müşayiət etmir. Yaponiyada bu normaldır.
Artıq üç yaşlı körpə çörək üçün mağazaya göndərilə bilər. Böyüklərdən heç biri onunla getmir.
Tokio şəhərindəki 12 yaşlı yeniyetmə Kayto 9 yaşından bəri məktəbə metro ilə müstəqil şəkildə özü gedib-gəlir.
"Əvvəlcə bir az həyəcanlandım, tək gedə bilərəmmi” deyə narahatlıq keçirdim”, - o, etiraf edir. "İndi artıq elə də güclü narahatlıq hiss etmirəm".
İndi belə uzun səfərlər ona asan gəlir. Valideynlər üçün də əvvəl çətin idi - onlar oğulları üçün çox narahat olurdular, lakin anlayırdılar ki, onu müstəqilliyə alışdırmaq lazımdır.
"Mən başa düşürdüm ki, ona metroda heç nə olmayacaq, metro dayanacaqları da elə qəliz deyil və Kayto çox ağıllı uşaqdır”. Kaytonun anası danışır.
Onun yaşında olanda mən də metroda tək getmişəm. Bizdə mobil telefon da yox idi, ancaq mən A məntəqəsindən B məntəqəsinə rahat şəkildə çata bilirdim. Əgər yolu azsa, tez bizə zəng edə bilər".
Bununla belə, o, qeyd edir ki, oğluna Nyu-York və ya London metrosunda tək getməyə əsla icazə verməzdi. Yalnız Tokioda bunu etmək mümkündür.
Niyə valideynlər bu böyük dünyaya azyaşlı uşaqları belə asan buraxırlar?
Dueyn antropologiyası sahəsində mütəxəssis olan Dikson deyir ki, hər şey cəmiyyətin uyğunluğundan və dəstəyindən asılıdı.
Məhz buna görə də məktəbdə uşaqlar növbə ilə sinifi yığışdırır, növbə ilə tualetə gedir və növbə ilə özləri özlərinə nahar fasiləsi zamanı xidmət edirlər.
Onlar öhdələrinə düşən bu məsuliyyətin yerinə yetirilməsi gərəkdiyini bilirlər.
Bunun hesabına onlar bir məktəbdən digər məktəbə - həyat məktəbinə keçirlər, məsuliyyətli olmağı, qayda-qanunu və müəyyən bir dissiplinlə yaşamağı öyrənirlər.
Onlar bilirlər ki, əgər sinif otağını zibilləsələr, özləri təmizləməli olacaqlar.
Yəqin ki, yapon şəhərlərindəki küçələr ona görə belə təmizdir. Digər tərəfdən, uşaq heç kimin müşayiəti olmadan metro vaqonuna əyləşirsə, hər hansı bir fövqəladə hadisə olsa, digər sərnişinlərin köməyinə arxalanacağını bilir.
Yaponiyada cinayətkarlıq səviyyəsi çox aşağıdır.
Bu, ürəkləri rahat və arxayın olan valideynlərin uşaqlarını böyük dünyaya yönəltməsinə imkan verir. Burda saat kimi çalışan, çox yaxşı inkişaf etmiş ictimai nəqliyyat şəbəkəsi var.
Tokio şəhərindəki sakinlərin yarısı metro və avtobuslardan istifadə edirlər, digər dörddə bir hissəsi isə piyada gəzir. Sürücülər piyadalara və velosipedçilərə yol verməyə öyrəşiblər.
Nə düşünürsünüz – bizdə bu mümkündürmü?
Qadinkimi.com