BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Tarixən Azərbaycanda baş vermiş ən güclü zəlzələlər Tarix : 10 Fevral 2023, 16:04

427-ci il Gəncə zəlzələsi


Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən

Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. Belə ki, 427-ci ildə Gəncə şəhərindən təqribən 25km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.


1139-cu il Gəncə zəlzələsi


700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib.

Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl va Şamlıgöl yaranıb. Kənd va qalalar yerlə yeksan olub.

Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.


Zurnabad zəlzələsi


1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi" qeydə alınıb.



1667-ci il Şamaxı zəlzələsi


1667-cil il 6.9 bal gücundə zəlzələ baş verib. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib.

Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.



1902-ci il Şamaxı zəlzələsi


1902-ci il 6.9 bal gücündə olan zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.


1669-cu il Şamaxı zəlzələsi


1669-cu il 5.7 bal gücündəki zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.


2000-ci il Bakı zəlzələsi


2000-ci il. 6.8 bal gücündə. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib. 


qadinkimi.com