SƏNƏT
Tanınmış bəstəkar Aygün Səmədzadə “Xalq artisti” fəxri adına layiq görülüb Tarix : 08 İyul 2018, 16:10
Yazar : Qadinkimi.com

Bu gün dövlət başçısı İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncama əsasən, tanınmış bəstəkar Aygün Səmədzadə “Xalq artisti” fəxri adına layiq görülüb.

Qeyd edək ki, Aygün Səmədzadə Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızıdır. 

Aygün xanım bu barədə qadinkimi.com-la duyğularını bölüşüb. Cümhuriyyətin yüzilliyinə bir gün qalmış belə bir xəbər almanın çox maraqlı, qeyri-adi hiss olduğunu deyib.

Saytımız adından xalq artisti Aygün Səmədzadəni fəxri ad alması münasibəti ilə təbrik edirik.