YAZI / DÜŞÜNCƏ, SEVGİ
Qurban yox, sevilən ana Tarix : 03 Sentyabr 2021, 15:34

Sizə bir həqiqəti demək istəyirəm: Övladların çoxu ananın(ya valideynlərin) fədakarlığını düzgün qiymətləndirmir. Bunu öz müşahidələrimdən, yaşadıqlarımdan bilirəm.

Övlada onun üçün qənd kimi əriyən ana lazım deyil. Belə ana övlad üçün dəyərli olmur, daha doğrusu dəyərini itirir. O, qurbana çevrilir. Uşaqda həmişə ananı qurban hesab edən pataloji hal yaranır. Onu sonacan istismar etməyə çalışır.Belə uşaqlar 25,30, 35 yaşında belə sizin əməyinizdən qul kimi istifadə edəcək.

Uşağa sonacan didə biləcəyi ana gərək deyil. Həmişə qayğısına qalan, dayaq olan ananı anlamayacaq. Sadəcə anasını həmişə bir rolda-qurban rolunda görməyə adət edəcək. Siz əslində bunu hiss edir, görür, yaşayırsız. Övladınıza olan sevgi etiraf etməyə mane olur. İnanın, o sizə qarşılıqlı sevgi verməyəcək. Nə qədər sevsəz də həqiqəti özünüzdən gizləməyin.
Ana gərək özünə hörmət etsin. Öz çəxsiyyətini unutmasın, şəxsi sərhədlərini müəyyən edərək ona da bu duyğunu aşılasın. Uşaq həmişə onun üçün fədakarlıq edən ana lazım deyil. Belə anadan tələblər azalmır. Daim nədənsə narazı olur, nöqsan axtarır. Sən bir valideyn kimi onu razı salmaq üçün çabaladıqca ona az gəlir. Səninlə hesablaşmır. Öz səhvlərində də səni günahkar çıxarmağa çalışır. Çünki sən həmişə onun yükünün altına girməyə hazırsan.

Məsələn, hər gün "bəlkə bunu yeməz” deyə başını yorma. Ayda bir dəfə övladına isti yemək bişirməyən analar var. Hər gün övladına 5 dəfə "həyatım” deyən ana hər gün bir saatını ayırmaz ona, amma səndən daha rahatdır. Çünki övladına sevdiyini deyir. Amma ütüsüz paltarı, səliqəsiz yatağı onu narahat etmir.

Övladla münasibətdə özünüzə hörməti unutmayın.Əks halda onun üçün susqun qulluqçuya, ya da qaşqabaqlı, deyingən birinə çevriləcəksiz. Hər bəhanə ilə istismar edəcək övladınız. Canınızın, ürəyinizin ağrılarına yanmayacaq. Yaşınız belə onu narahat etməyəcək. Siz”başım ağrıyır” deməyə macal da tapmayacaqsız. Min bir bəhanəylə sizi "qullluqçu” edəcək, tez öz başını tutacaq.

Özünüzü bundan qoruyun.

Öz şəxsi işlərində xoşbəxt ana olun.

Təbii fərqli olanlar da var. Oğlandısa səni bütün məişət qayğılarından azad etməyə çalışar. Qız xörəyini hazırlayar, paltarını da yuyar. Ev işlərinə yardımçı olar. Ancaq belələri çox azdır. Ətrafınıza diqqətlə baxın.

Mən öz şəxsi təcrübəmdən bu nəticəyə gəlmişəm.

Mən qızım və oğlumun paltarlarını 30 yaşları olana qədər, hətta ailəli olsalar belə, yuyardım. Uşaqlıqda corablarını belə ütüləyərdim.Amma qızım öz qızının paltarlarına baxmır. Ona görə uşaq diqqət görəndə sevinir. Əlbəttə, bunun tərəfdarı deyiləm, bu eqoizmdi. Bunda mənim günahım var. İndi belə düşünürəm. Mən heç vaxt ondan diqqət görməmişəm və bunun üçün heç bir caba göstərməmişəm. Ancaq özümü onun qarşısında borclu bilmişəm? Niyə? Bunu düşünün.

Əslində bunları uzun-uzadı yazmaq da gərək deyil məncə.

Sadəcə həyatınızı, münasibətlərinizi "o nə istəyir”lə deyil, "mən nə edə bilərəm”lə tənzimləyin.

Məsləhətlərinizə etinasızdısa, dəridən-qabıqdan çıxmayın. Onsuz da sizi günah keçisinə döndərməyə bəhanə tapacaq.

 

Amma heç vaxt heç bir problemdə onu ruhdan düşməyə qoymayın.

 

 

 

 



 

Psixoloq, həkim-terapevt Liliya Qradın yazıları əsasında hazırladı:

Kamalə Abiyeva.

 

 

 

qadinkimi.az