BURA / ORA
Qüdsdə 50 qadın və uşağı 'köləlik şərtləri'ndə saxlayan ravvin göz altına alınıb Tarix : 14 Yanvar 2020, 12:23
Yazar : Qadinkimi.com
İsrail polisi 50-ə yaxın qadın və uşağı köləlikdə saxladığı üçün bir ravvini göz altına alıb.

Edilən xəbərdarlıq zəngindən sonra polis qrupları hərəkətə keçib və pravoslav yəhudilərin yaşadığı şəhərin qərb hissəsindəki kompleksə basqın edib. Üç binadan ibarət Geula məhəlləsində çox sayda qadın və uşağın "köləlik şərtləri" altında yaşadığı, qazandıqları pulların da qarət edildiyi müəyyən olunub.

Hərəkətlərinin səhv olmadığını söyləyən 60 yaşlı ravvin, ona kömək edən 8 qadın ilə birlikdə həbs olunub.

İsrail mediası xilas edilən qadınların cinsi istismara məruz qaldığından şübhələndiyini, bəzi qadınların isə "cəhənnəmin nə olduğunu öyrənmələri" üçün əllərini zorla oda tutduqlarını bildirib. 5 - 11 yaş arasındakı bir çox uşağın da ravvin tərəfindən istismar edilib edilmədiyi araşdırılır.

Polis sözçüsü Micky Rosenfeld qadın və uşaqların bir neçə aydan çox binanın içərisində saxlanıldığını, aparılan araşdırmada otaqlarda çox sayda çarxlı çarpayı və pulun ələ keçirildiyini açıqlayıb.

İsrail polisinin əlində müxtəlif cinayətlər edildiyinə dair çox sayda dəlilin olduğu və həbs edilən ravvinlə birgə ona kömək edən 8 qadının da sorğu-sualdan sonra məhkəməyə sövq ediləcəyi bildirilir.


qadinkimi.com