Qızlıq pərdəsi nədir və hansı heyvanlarda var?
Əvvəlcə maraqlı bir gerçəklə başlayaq: "qızlıq pərdəsi” olaraq bilinən "himen” quruluşu hələki bildiyimiz qədər yalnız insanlarda yetkinlik yaşına qədər qorunan quruluşdur. Kaliforniya Universiteti Scripps Oşinografi İnstitutundan, Stanford Universiteti məzunu Dr. Alistair Hobday və yoldaşlarının 23 avqust 1996-ci ildə Medical Hypothesis jurnalının 49-ci sayında nəşr olunan məqalələrinə görə, daha əvvəl edilən bir çox araşdırmanın göstərdiyi kimi, insanlar qızlıq pərdəsinə sahib olan tək heyvan növüdür. Ancaq bəzi inəklər və bəzi spanyel irqi itlərdə də oxşar strukturlar müşahidə edilmişdir. Burada xüsusi qeyd edəcəyimiz nöqtə budur ki, bir çox məməlilərdə bu pərdə embrioloji dövrdə meydana gəlir, ancaq sonra apoptosis (proqramlı hüceyrə ölümü) mexanizmi ilə yox olur. Afrika fillərinidə qızlıq pərdəsi vardır, ancaq pərdə cütləşmə əsnasında deyil, doğum zamanı yırtılır.
Bu səbəbdən qızlıq pərdəsinin təkamül etmiş bir adaptasya olduğunu düşünmək məqbuldur. Lakin hansı şərtlərdə və nə zaman meydana gəldiyinə dair sual işarələri olmaqla birlikdə, niyə təkamül müddətində bir çox növdə itirildiyi (və ya bəzilərində hələ qorunduğu) hələ bilinmir. Beləsinə nadir və təkamül ağacı üzərində çox dağınıq və seyrək bir şəkildə olan strukturlar, ümumiyyətlə təkamül prosessinin çox erkən mərhələlərində korlaşmış olan, ancaq bəzi növlərdə sonradan yenidən ortaya çıxmış olan xüsusiyyətlərə işarə edir. Bu səbəbdən qızlıq pərdəsi, bəlkə də qədim əjdadlarımızdan (balıqlar kimi) qalma bir xüsusiyyət ola bilər, lakin bu heyvanlarda hələ bu cür bir quruluşa və ya bənzər xüsusiyyətlərə rastlanmayıb. Təkamül ağacı üzərində bu şəkildə bir dağılmanın digər səbəbi isə, bəzi növlərdə müstəqil olaraq bənzər şəkildə təkamül keçirmiş olması ola bilər və buna konvergent təkamül adı verilir. Bənzər həyat formalarına sahib heyvanlarda oxşar strukturlar təkamül edə bilir. Əgər qızlıq pərdəsinin uşaqlıq yolu (vagina) açıqlığını qoruma kimi bir vəzifəsi varsa, tozlu və embrionun bu tozdan zərər görməyə açıq olduğu növlərdə belə bir ortaq adaptasiya ola bilər. Lakin bu hipotezlər, təkamül analizləri ilə doğrulanana qədər etibarlı olaraq qəbul edilməməlidir.
Qızlıq pərdəsinin digər növlərdəki varlığına dair araşdırmalar çox vaxt əsassız nəticələr verir. Məsələn, yuxarıda bəhz etdiyimizdən fərqli araşdırmalar, bu quruluşun hesab etdiyimizdən daha çox məşhur olacağını göstərir. Dr. Morrisin etdiyi işlər, siyahını daha da genişlədir. Morrisin göstərdiyinə görə atlarda, balinalardan, köstəbəklərdə, köstəbək siçanlarında, kaftarlarda və yəqin ki, bir çox digər məməlilərin qızlıq pərdəsi var. Məsələn bəzi araşdırmalar lamalardan və insanın ən uzaq primat əmiuşağısı arasında olan lemurlarda da qızlıq pərdəsini təsbit etmişdir. Daha ətraflı analizlərə baxdığımız zaman donuzlarda, bəzi qalaqo növlərində, suitilərdə, qulaqlı suitilər və dəniz inəklərində də qızlıq pərdəsi təsbit edildiyi görülür. Son olaraq, ən aktual araşdırmalarla bu siyahıya qatılan yeni növlər arasında sincablar, antiloplar, ceyrlanlar, yarasalar, pişiklər, şimpanzelər, zebralar,lamantinlər, siçanlar, ördəkburunlar, gərgədanlar, maral siçanları, marallar, senolestklər də daxil olmuşdur. Hətta qızlıq pərdəsinin mənşələrini daha qədimə götürəcək şəkildə qurbağalarda, alabalıqlarda, məhəbbət quşlarında, gəlincik böcəklərinə də qızlıq pərdəsi quruluşuna rast gəlinmişdir. Ancaq dediyimiz kimi, bu heyvanların az qala heç birində pərdə yetkinliyə qədər qalmır, zaman içərisində atrofi ya da apoptosis yolu ilə yox edilir. Bu vəziyyət insandakı pərdənin yox olmamasının səbəbini araşdırmağımıza səbəb olmuşdur. Üstəlik bu canlılarda insandakı kimi cırılma nəticəsində bir qanaxma müşahidə edilmir. Sözü edilən digər heyvanların çoxunda qızlıq pərdəsi struktur bir pərdə olaraq bu heyvanların cinsiyyət orqanlarının ağzında yerləşir. Bu səbəbdən cinsiyyət orqanının bir hissəsidir və ilk cinsi əlaqə zamanı cırılma kimi bir nəticə yaratmır. Yenə bu vəziyyət, insan inkişafı ilə əlaqədar bu pərdənin vəzifəsiylə bağlı suallara işarələr yaradır.
Qızlıq pərdəsinə dair ilkin məlumatlar və bir təkamül təsviri
Burada, bəzi məlumatlar verməkdə fayda vardır: Embrionun ilk 5-6 həftəsinin sonuna qədər insanlarda dişi-erkək ayrı-seçkiliyi yoxdur. Iki cinsiyyətin də eyni cinsi quruluşu vardır. Daha sonra, genetik mexanizmlər daxilində fərqliləşmə başlayır. Ancaq 4 aydan sonra tam olaraq kişilik və qadınlıq ayrı-seçkiliyi meydana gəlir və səhvsiz bir şəkildə ayırd edilə bilinəcək vəziyyət alır. Dişilərdə, ana qarınındakı son zamanlara qədər uşaqlıq yolu kanal ilə ürogenital sinus deyilən bir quruluş qızlıq pərdəsi deyilən anatomik orqanla ayrılır. Ancaq sonradan bu quruluş pozulmağa başlayır və yalnız bir selikli qişa təbəqəsi şəklində uşaqlıq yolunun girişini bağlayan bir quruluşa çevrilir. Bu çevrilmə əsnasında bəzən səhvlər baş verir və uşaqlıq yolu girişi bağlana bilir. Bu xəstəliyə dəliksiz pərdə mənasınə verən "imperforate hymen” deyilir. Aşağıdakı şəkildə insanlarda müşahidə edilən fərqli qızlıq pərdəsi strukturlarıdır:
Qızlıq pərdəsi bir çox fərqli şəkildə qarşımıza çıxa bilir. Ümumiyyətlə dairəvi və ya hilal şəklindən ibarət quruluş bəzən birdən çox sayda ola bilər. Dişi 1 yaşına çatdığı zaman pərdənin uşaqlıq yolunu bağlama miqdarı da azalır. Bu quruluş, ümumiyyətlə ilk cinsi birləşmə əsnasında yırtılır və fərddən fərdə dəyişən miqdarda ağrı və qanamaya səbəb olur.
Bildiyimiz qədəriylə heç bir meymun növündə yetkin yaşda qızlıq pərdəsinə rast gəlinmir. Bu da, qızlıq pərdəsinin bu vəziyyətiylə quruluşunun hominid (insansılarda) təkamül keçirdiyini düşündürür. Hər nə qədər bu quruluşun heç bir fizioloji vəzifəsi olmasa da, ictimai əlaqələr daxilində müəyyən mənalar daşıyır. Bu mənalar, cəmiyyətdən cəmiyyətə də müxtəliflik göstərir. Lakin insan xaricindəki meymunların balalarından bu pərdənin izlərinə rast gəlməyimiz, Stephen Gould və Niles Eldric kimi təkamül bioloqları tərəfindən irəli sürülən insan neotenisi mövzusunu ağıla gətirir və bizə görə bu ehtimal çox güclü bir şəkildə göstərişləri özündə əks etdirir.
İnsanların yeniyetmələri də, balaları da digər meymunların balalarına çox bənzəyir. Digər meymun növlərində yetkinliyə keçildiyi zaman fiziki xüsusiyyətlər ciddi mənada dəyişir, ancaq insanda nisbi olaraq bu daha azdır. Bu səbəbdən insan təkamülündə heterokroni deyilən bir təkamül adaptasiya yaşanmış ola bilər: bizim genlərimizdə, inkişafımızı yavaşladan bir mutasiya meydana gəlmiş ola bilər və bu səbəblə yetkin insanlar, bala insanların yalnız böyük bir kopiyası kimi görünərlər, digər meymunlarda olana nisbətən çox fiziki dəyişmə yaşamazlar.
Qızlıq pərdəsinin təkamülünə dair Digər hipotez
Daha çox irəlləmədən əvvəl burada xatırladacağımız bir nöqtə, bu hipotezin qətiliklə mütləq olmaması (onsuz da "hipotez” tərifi budur) və həqiqət gələcəkdə bu hipotezdən fərqli bir şəkildə ortaya çıxa bilər. Bu nəticəyə yazının ən sonunda bir dəfə daha toxunacağıq.
Mövzuyla əlaqədar ilk hipotez, cinsi seçim baxımından gəlir. Bir çox cəmiyyətdə erkəklər dişiləri evlilik mənasında seçərkən bakirəliyə (qızlıq pərdəsinin yırtılmamış olma vəziyyəti) əhəmiyyət verirlər. Bu səbəblə, bəzi elm adamları qızlıq pərdəsi cırılmış (daha əvvəldən cinsi əlaqəyə girmiş) dişilərin seçim qarşısında dezavantajlı mövqeyə düşdüyünü və bu xüsusiyyətlərindən ötəri seçilmədiklərini düşünürlər. Avstraliyada yaşayan Yungar qəbiləsində qızlıq pərdəsi deşilmiş olan qadınların aç buraxıldığı, işgəncə edildiyi və öldürüldüyü bilinir. Bir çox müasir və ya ən azından digər ölkələrlə əlaqəsi olan cəmiyyətlərdə də (Yungar qəbiləsinin xarici dünyayla əlaqəsi yoxdur), bənzər "primitiv” vəziyyətlər (buradakı mənası, insan zəkasına və həyat standartlarına uyğun olmayan qaydalardır) vardır. Bunun, qızlıq pərdəsinin təkamülü baxımından mənası budur: qızlıq pərdəsi bir şəkildə təkamül etdikdən sonra, kişilər tərəfindən güclü bir seçki vasitəsi halına gətirildiyi üçün, pərdənin varlığı get-gedə insan populyasyasında sabitlənmişdir. Cinsi seçim də bu vəziyyəti açıqlayır. Ancaq əlbəttə bu izah ilk olaraq necə təkamül keçirdiyini ortaya qoymur.
Oxşar şəkildə insanlığın ilkin dövrlərində (günümüzdən 300.000 il əvvəl və daha qədimlərdə) niyə kişilərin qızlıq pərdəsinə əhəmiyyət verdiyi də məlum deyil. Sosioloji və antropoloji olaraq araşdırıldığı zaman, təkamülümüzün ilk pillələrində insan cəmiyyətlərində qadınların mağarada qalıb balalarına baxımağı boynuna götürdüyü, kişilərin isə risk alaraq ov etməyə getdikləri bilinir. Bu müddətdə kişilər evlərinə geri dönməyə bilər və ya tamamilə fərqli qəbilələrə qoşula bilərdilər. Bu səbəblə bir kişinin vəhşi təbiət şərtlərində birdən çox qadınla ailə qurmaq məcburiyyətində qalmasında düşünə bilərik. Bu müddət içərisində də kişilər, qadınlara etibar edə bilmədikləri üçün bu pərdə quruluşuna əhəmiyyət verərək, qadını "daha əvvəl bir digər kişi ilə birlikdə olmamış” vəziyyətdə seçmiş ola bilərlər. Təbii bunu təsdiqləməyin tarixi bir yolu yoxdur, ancaq günümüzdəki primitiv zehniyyətə baxaraq, atalarımızın vəhşi zamanlardan qalma meyllərini hələ də daşıyan, birdən çox dişiylə birlikdə olmaq istəyib yekun yoldaşını təyin edəcəyi zaman qızlıq pərdəsini ön plana çıxaran xüsusiyyətlərdən keçmişimizi tanımağımız mümkün ola bilər. Bu görüşə qarşı çıxan bəzi elm adamları isə insanlarda (və digər bir çox heyvanda) cinsiyyətlər arası əlaqələrin "ilklər” üzərinə qurulmadığını, tam tərsinə cinsiyyətlər arası əlaqələrdə təcrübənin daha ön planda ola biləcəyini deyirlər. Bu səbəbdən qızlıq pərdəsinin əslində bir dezavantaj belə ola biləcəyi (çünki "cinsi təcrübəsizliyi” göstərir), insanlarda bu quruluşun olmasının arxasında tamamilə fərqli bir səbəb axtarılması lazım olduğunu irəli sürürlər. Bir qrup elm adamı isə bu quruluşun cinsi seçim ilə birbaşa bir əlaqəsi olmadığını, genetik drift yolu ilə əhəmiyyətsiz bir quruluş olaraq günümüzə gəlib çatdığını və bioloji heç bir məna daşımaq məcburiyyətində olmadığını düşünürlər. Bu səbəbdən yüklədiyimiz mədəni mənaların bioloji bir təməlinin heç olmaması da çox ehtimal olunur.
Digər hipotezə görə, insanlara gedən qolun qədim atalarının olduqca akva bir həyatı olması və qızlıq pərdəsinin vəzifəsinin foklardakı qulaq pərdələri kimi suda olacaq çirklilikdən qaynaqlanan xəstəliklərin qarşısını almasıdır. Bu hipotez, bu pərdənin niyə tam bir qoruma təmin etmədiyini sorğulamağımız mövzusunda qeyri-kafidir. Hipotezi irəli atan elm adamları, bunun artıq istifadə edilməyən, korlaşmış bir orqan olmasıyla izah edirlər. Ayrıca bu hipotezin ən güclü dayaqlarından biri, digər dəniz məməlilərdə də pərdə quruluşunu kəşf edilmiş olmasıdır. Yenə də hipotez, çox güclü bir iddia olaraq sayılmır, çünki suya asılı həyatın insan təkamülünə necə təsir etdiyi tam olaraq bilinmir və akva meymun nəzəriyyəsi olaraq bilinən insanın akva mənşəli bir növdən təkamül keçirdiyi istiqamətli nəzəriyyə böyük nisbətdə çürüdülmüşdür.
Digər hipotez, qızlıq pərdəsinin spermaları daxildə saxlamasından ötəri ilk səfərdəki bala vermə şansını gücləndirmə məqsədiylə təkamül keçirdiyini idda edir. Bu iddia da, qızlıq pərdəsinin cinsi birləşmə tərəfindən spermaları daxildə saxlaya bilməyəcək qədər cırılmasından ötəri etibarsız bir hipotez olaraq görülür. Digər tərəfdən orgazm sıxılmalarının təkamül səbəbi olan spermaların bala vermə orqanı ətrafındakı əzələlərin sərt bir şəkildə sıxılaraq döl yatağına irəliləməsini asanlaşdırma təsiri edildiyi zaman, pərdənin də spermaları daxildə saxlamaq ilə əlaqədar bir vəzifəsi ola biləcəyi düşünülə bilər. Bu mövzuda daha çox məlumata ehtiyac olduğu bir gerçəkdir.
Bu günə qədər inkişaf etdirilən ən güclü izahlardan biri
İndiyə qədər ortaya atılan ən güclü hipotezlərdən biri isə belədir: Bu quruluş, insan iki ayaq üzərinə qalxmadan, meymunlarla olan ortaq atamızdan ayrılmamızdan sonra təkamül keçirmiş, ən azından əhəmiyyət qazanmış ola bilər. Təkamül səbəbi olaraq onsuz da genlərimizdə olan ancaq meymunlarda bağlı olan bir genin yenidən aktivləşdirən olması göstərilə bilər (yuxarıda saydığımız növlərdə də olmasından ötəri qızlıq pərdəsinin təkamül keçmişinin daha çox qədimə gedə biləcəyini xatırlayın). Daha sonra insanabənzər atalarımız iki ayaq üzərinə qalxmışdır və bu səbəblə hamiləlik müddəti də qısalmışdır. Normalda digər bəzi canlılarda doğumdan əvvəl apoptosis mexanizmi yox edilən bu quruluş, hamiləliyin qısalmasıyla birlikdə nisbi olaraq yarımçıq (tam olaraq inkişaf etməmiş) körpələrin doğulması nəticəsində, doğum sonrasına ötürülmüşdür. Yəni normalda 12-14 ay ana bətnində qalmalı balalar, hamiləliyin qısalmasıyla 9 ay qədər qalmağa başlamışdır və ümumiyyətlə hamiləliyin son aylarında yox edilən qızlıq pərdəsi bu yeni təkamül nəticəsində (iki ayaq üzərinə qalxmaq və hamiləliyin qısalması) yox edilmədən qalmışdır. Daha sonradan cinsi seçim sayəsində qorunan bu quruluş, irəli yaşlara qədər qalmağa meylli hala gəlmişdir.
Bu hipotez digər tapıntılarla dəstəklənir: qədim insanlarda, vaginal kanalın digər meymunlarda olduğu qədər aktiv olaraq təmizlənməməsi (meymunlar davamlı olaraq dillərini istifadə edərək vaginalarını təmizləyərlər), vaginal infeksiyaya bağlı ölümcül nəticələrə səbəb olur. Bu səbəblə, qızlıq pərdəsi kimi bilvasitə olaraq vaginal kanalı qoruyan strukturlar, təbii seçim tərəfindən də dəstəklənir. Qızlıq pərdəsinin varlığının, infeksiya nisbətini azaltdığı və dişilərə bala vermə üstünlüyü təmin etdiyi düşünülür. Xüsusilə indiki vaxtda meydana gələn yüksək vaginal infeksiyası nisbətlərinə baxdığımız zaman, qızlıq pərdəsi kimi strukturlar az təsirli olsalar da seçimlə dəstəklənir. Bu hipotezin dəstəklənməsinin ən əhəmiyyətli yolu, qızlıq pərdəsi cırılmış olanlarla, yırtılmamış olanlar arasında bir infeksiya qapma nisbəti araştırmasıdır.
İnfeksiyaya qarşı müdafiə etməyi dəstəkləyən digər tapıntı da, isti iqlimlərdə olan canlıların üstlərini örtmə kimi bir zərurətlərin olmamasıdır. Bu səbəbdən bu canlılar, çılpaq yaşayarlar və bu səbəblə də infeksiyalara daha açıq bir halda ola bilərlər. İnsan da, Afrika kimi isti bir iqlimdə təkamül keçirmiş bir canlı olaraq qızlıq pərdəsinin infeksiyalara qarşı qoruyucu bir quruluş olduğu düşünülə bilər.
Bu maraqlı və fərqli hipotezlər hər biri üzərində dayanmağa dəyər. Biz hər zaman olduğu kimi tək bir cavaba təmin olmaqdansa, hər birinin ümumi təsirini hesaba qatmaq tərəfdarıyıq. Yəni bu hipotez yalnız birinin doğru olmasındansa, hər birinin bir miqdar təsiri olduğunu düşünmək, daha çox hipotez irəli sürmək baxımından fayda kəsb edir.
Nəticə
Qızlıq pərdəsi, bizim cəmiyyətimizdə də son dərəcə əhəmiyyət kəsb edən bir mövzudur. Buna, əlbəttə ki kimsə qarışa bilməz. Ancaq biləcəyimiz elmi bir fakt vardır: Qızlıq pərdəsi bioloji olaraq çox ciddi bir məna ifadə etməz, hətta az qala heç bir mənası olmadığını demək olar. Bu səbəblə, insanları insanlıqdan çıxaracaq bəzi davranışlara meyl etmək mənasızlıq və cahillikdən irəli gəlir. Yuxarıdakı hipotez də görüldüyü kimi, qızlıq pərdəsi bəzi sosial mədəni əlaqələrdə məna daşımış olsa belə, müəyyən zəka səviyyəsinə, mədəniyyətə və təhsilə sahib fərdlərdə bu tip sadə bioloji faktların, həyati ictimai əlaqələrinə təsir etməsinə icazə verilmir. Ən nəhayət biz, insanın zəka mövzusunda ən inkişaf etmiş heyvan olduğunu bilir və qəbul edirik. Bu səbəblə, insanın sahib olduğu davranışların və ictimai əlaqələrin də, bu zəkaya paralel qarışıqlıqla və inkişaf etmiş olduğunu gözləmək lazımdır.
Qısaca qızlıq pərdəsinin fizioloji bir əhəmiyyəti olmamaqla yanaşı, primitiv insan cəmiyyətlərində infeksiyalara qarşı az da olsa bir qoruyucu quruluşu olduğu düşünülür. Günümüzdə müasir cəmiyyətlərdə və son 70.000 illik insan təkamülündə insanın artıq zəkasının olduqca irəliləməsinə baxmayaraq qızlıq pərdəsinin hələ də korlaşmamış olmasının səbəbi isə, cinsi seçimin təsiri ola bilər. Bəlkə də heç bir seçimin birbaşa bir təsiri yoxdur və bu gün daha ümumi olaraq qəbul edilən bir şəkildə iki ayaq üzərinə qalxmağımızın "yan məhsul” olaraq günümüzə qədər gəlmişdir. Ancaq bu quruluşun təsirləriylə əlaqədar araşdırmalar hələ də davam etdirilir və qəti cavablar daha ətraflı araşdırmalardan sonra verilə biləcək.
Çevirdi: Taryel Abdullayev