QADIN / KİŞİ
Qadınlarla bağlı məzəli fikirlər: Qadın səfirlik kimidir, dostlarınızla səyahətə icazə verməyə bilər Tarix : 22 Noyabr 2022, 16:18

Əsl kişi həmişə qadının istədiyi şeyə nail olur.

 

 

Qadın elə bir gücsüz, köməksiz varlıqdır ki, ondan qurtuluş yoxdur.



Bir kişi nə qədər zaman xərcləmələdir ki, qadının bir anlıq zəifliyini tuta bilsin.



Qadınlar əlbəttə, daha ağıllıdırlar. Siz heç hansısa kişinin gözəl ayaqlarından başını itirən qadın görmüsünüz?



Qadının sizə "yox” deməməsi ona bütünlüklə sahibləndiyiniz anlamına gəlməz, çox güman ki, əslində, özünə "yox” deməyib.


 

Qadın səfirlik kimidir. Dostlarınızla səyahətə icazə verməyə də bilər.



Əsl qadın hər gün birinin ağlını başından alan yox, hər gecə eyni adamın ağlını başından alandı.



Ən əlçatmaz qadın ayaqlarını epilyasiya etdirmədiyini unutmayan qadındı.



Qadın susqunlaşıbsa, deməli, nəsə planlayır.



Yaxşı kişidən qadın yalnız dekretə gedir.



Öpüşü kişi düşünüb. Başqa cür qadını necə susdura bilərdi?



Gözəl qadınla asan deyil. O ya adamın yuxusuna girir, ya da yatmağa qoymur.



Qadın teatr kimidi – bugün tragediya, sabah komediya, birigün qastrol səfərləri.



Kişilər hətta qadınların nə istədiyini öyrənə bilsəydilər, yenə də inanmazdılar.



Kişi məntiqi: bilsəm öldürərəm, qadın məntiqi: ölsəm də biləcəm.


Çevirdi: Aysel Alizada

Qadinkimi.com