QADIN / KİŞİ
Məşhurlar qadınlar haqda nə deyir Tarix : 05 İyun 2022, 01:46
Qadınların nə hündür, nə balacaboy, nə arıq, nə kök, nə gözəl, nə də çirkin kişilərdən xoşu gəlir. Qadınlar onlarla məşğul olmaq istəyən kişiləri sevirlər. (A.Axmatova)

Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. (O.Balzak)

Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə olaraq, özünə həmsöhbət axtarır. (O.Balzak)

Qadını idarə etməyi bacaran dövləti də idarə edər. (O.Balzak)

Qadınsız ev məzar kimidir. (O.Balzak)

Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. (O.Balzak)

Qadın - həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. (V.Belinski)

Ağıllı qadın ərini xoşbəxt, ağılsız isə bədbəxt edir. (T.Bernard)

Qadınlar qorxanda daha təhlükəli olurlar. (R.Berns)

Her şeydən əvvəl gözəl geyim, sonra da ona pərəstiş edən gözəl kişi – budur qadınların ənənəvi istəkləri. (K.Bovi)

Gözəl qadınları, müdafiəsi zəif olan iri şəhərler kimi, çox vaxt fəth etmək asan, əldə saxlamaq çətindir. (P.Buast)

Qadın hər şeyi fitrətən bilir, kişi kitablardan öyrənir. (Budda)

Qadınların ən güclü silahı zəiflikdir. (İ.Bunin)

Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur. (G.Buşe)

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək. (H.Cavid)

Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (A.Dode)

Biz öz şah əsərlərimizi qadından aldığımız ilham sayəsində yaradırıq. (A.Düma)

Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir. (C.Eliot)

Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir. (R.Emerson)

Qadının hökm etdiyi yerlərdə işdən çox istəklər vacibdir. (Esxil)

Öz vəzifə borcunu bilmeyen qız sonralar yüyənsiz arvada çevrilir. (B.Franklin)

Qızın ən böyük cəvahiratı onun namusudur. (A.Frans)

Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır. (A.Frans)

Qısqanclıq kişidə zəiflik, qadında güc mənbəyidir. (A.Frans)

Gözəl, lakin sevgi hissi doğurmayan qadınlar ətirsiz gözəl çiçəklərə bənzəyirlər. (E.Hant)

Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. (C.Herbert)

Qadın eyni zamanda həm alma, həm də ilandır. (H.Heyne)

Qadın ən əsəbi ve qəzəbli kişini belə sakitləşdirə biləcək bir varlıqdır. (H.Holley)

Yaranışın ən böyük sirri qadınla bağlıdır. (D.Horfeldt)

Ağıllı qadın hökm etməyi de bacarmalıdır. (V.Hüqo)

Qadını Tanrı gözəl yaradır, şeytan isə onu sevdirir. (V.Hüqo)

Egər qadını idarə etmək istəyirsənsə, gerək ona tabe olasan. (V.Hüqo)

Kişilərin öz hüquqları, qadınların isə öz hüquqsuzluqları haqqında şişirdilmiş təsəvvürləri var. (E.Xou)

Qadın hökmranlıq edir, amma idarə etmir. (D.Jirarden)