SƏNƏT, QADIN / KİŞİ, GENDER
QADININ ŞİDDƏTƏ QARŞI ÜSYANI BU TABLOLARDA… Tarix : 22 Mart 2020, 13:41
Yazar : Qadinkimi.com
Bodrum Qadın Həmrəylik Dərnəyi tərəfindən 25 Noyabr Beynəlxalq Qadın Zorakılığına Qarşı Mübarizə Günü münasibətilə təşkil edilən tədbirdə, təxminən 50 qadın 2 saat ərzində 20 metrlik nəhəng tabloda qadına şiddəti və qadının bu şiddətə qarşı üsyanını dilə gətirən rəsmlər çəkərək, üzərinə türkcə və ingiliscə şüarlar yazıb.

Bodrum Qadın Həmrəylik Dərnəyi üzvləri və qadına şiddətə dəstək verən könüllülər Bodrum Bələdiyyəsi Transformator Mədəniyyət və İncəsənət Mərkəzində bir araya gəlib. Təxminən 50 qadın 1.90x 10 metrlik nəhəng bir kətanda akril boya ilə qadının zorakılığa qarşı üsyanını ifadə edən rəsmlər çəkərək təpki bildirən şüarlar yazıb.

Dərnək rəhbərliyindən verilən açıqlamada deyilir: "Bu gün kişi zorakılığnın həyatımızı necə çətinləşdirdiyini, necə məhv etdiyini və hətta necə yox etdiyini danışdıq.  Kişilər tərəfindən öldürülən qadınların, şiddətə məruz qalan qadınların və yenə kişilər tərəfindən istismar edilən uşaqların yanında olduğumuzu bir daha yenidən birgə hayqırdıq. Harayımızı 20 metrlik tabloya birlikdə boyamaqla canlandırmağa çalışdıq. Səslərimiz birləşib haraya və həmrəyliyə çevrildi. 25 Noyabr 2019 tarixində kişi zorakılığını etiraz etmək məqsədi ilə "Qadın ağacı” qarşısında bir araya gəlirik, kişi şiddətini PROTEST edəcəyik". 

Qadinkimi.com
 



Qadinkimi.com