QADIN / KİŞİ
Qadını görməzdən gəlmə ayıbı Tarix : 19 İyul 2023, 13:01
Yazar : Qadinkimi.com

 

 

 
Çox sözə ehtiyac yoxdur. Əvvəl bu sxemə baxın. Və qadın necə görməzdən gəlinir, bir də görün: Bu mənzərə seçkiyə girəcək 7 partiyanın millət vəkili namizədlərinin yalnız yüzdə 22-nin qadınlardan ibarət olduğunu söyləyir. Namizəd göstərilən qadınların da yalnız yüzdə 5.4-ü, yəni 49-u birinci sıradan namizəddir. Geri qalan namizədlər isə riskli yerlərdən seçkiyə qatılacaq.

Bəylər, yaşadığımız dövrdə qadınları görməzdən gəlməyin yanlışlığını, ədalətsizliyini, haqsızlığını, xəcalətini, rüsvayçılığını nə vaxt hiss edəcəksiniz? Cəmiyyətin yarısını ikinci sinif vətəndaş sayaraq, əməyini görməzlikdən gələrək, onu hər cəhətdən istifadə edərək ayrı-seçkilik etdiyinizi nə vaxt, necə dərk edəcəksiniz?

Bu mövqeyin demokratiyaya endirdiyi zərbə: bərabərsizliyi, ədalətsizliyi təşviq etdiyini, həm qadınlara qarşı şiddəti, həm də hər sahədəki ümumi şiddəti artırdığını nə vaxt anlayacaqsız? Qadınları yox saymağın, illərdir addım-addım gerçəkləşdirilməyə çalışılan əksinqilaba xidmət etmək olduğunu, dünyavi cümhuriyyətin prinsiplərindən əl çəkmək olduğunu nə vaxt, necə başa düşəcəksiniz?

Detallara nəzər salaq: Partiyaların qadın namizəd nisbətləri belədir:

HDP, 37 fazi ilə ən çox qadın namizəd göstərən partiya. (1-ci sıra: 18 qadın namizədləri var)

Vatan Partiyası 25 faiz (1-ci sıradan 13 qadın namizəd.)

İyi Partiya 22 faiz (1- ci sıradan 6 qadın namizəd.)

CHP-nin də, AKP-nin də qadın namizəd faizi 21-dir (1-ci sıraya CHP-də 6; AKP-də 4 qadın namizəd təyin edilib)

SP 13 faiz(1-ci sıradan qadın namizədi yoxdur)

Siyahının ən sonunda isə yüzdə 11 ilə MHP yerləşir (1-ci sıradan 2 qadın namizəd)

Bu rəqəmlər seçki nəticələrinə təsir göstərirmi? Bilmirəm. Bəzilərinin seçiminə edəcəkdir, məncə. Amma əksəriyyəti təsir etməyə başlayanda qadının təmsili artar və demokratiyamızın gedişatında bugünkü utanc verici vəziyyətdən xilas yaranar. Qeyd etmədən üzərindən keçmək istəmədiyim növbəti qəribəlik də CHP-nin bu günə qədər çox uğurlu bəzi qadınları namizəd göstərməməsidir.

Gülsüm Bilgehan Toxun (Hayri İnönünün nəvəsi, yəni bir simvol olması da deyil; İllərdir Avropa Şurasında Bərabərlik və Ayrı-seçkiliklə Mübarizədə səsimiz olması da değil; Komissiya Sədri vəzifəsini öz öhdəsinə götürməsini xatırladıram). Şenal Sarıhan (ən ciddi etirazları edən, "OHAL”de Ne Haldeyiz" kitabını yazan); İstanbul üçün dəri qabıqdan çıxan çalışqan qarışqa Gülay Yedekçi; Mədəni körpülər quran Zeynəb Altıok, xarici əlaqələrdə mədəniyyət elçisi kimi çalışan, Ankara üçün gecə - gündüz çalışan Şule Bucaq. Və daha bir çoxları niyə namizəd göstərilmir?

Bu qadınlardan heç birinin namizəd göstərilməməsinə baxmayaraq canla, başla Məhərrəm İncəni prezident seçdirmək üçün çalışacaqlarını bildirdilər.

İstanbul Musiqi Festivalı möcüzəsi

Əziz oxucular, siz bu yazını oxuyanda İKSV-nin 46-ci İstanbul Musiqi Festivalı başlamış olacaq. Mənim möcüzə - deyə adlandırdığım festivalın bu ilki proqramı həyəcan vericidi. Qəti şəkildə, seçkilər var deyə, bir ikisi xaric, hamısı sahibinin səsi , yəni hakimiyyətin səsi olan televiziya qarşısına keçməyin. Bu möcüzədən istifadə etməyə çalışıb zənginləşin!

Bu ilin Şərəf Mükafatçısı, ölkəmizdə klassik musiqi və operanın inkişafında çox mühüm rol oynayan Yekta Karanın! Solist sənətkar, rejissor, dramaturq və sənət rejissoru olaraq ölkəmizdə opera sənətinin geniş və gənc kütlələr tərəfindən sevilməsinə yol açan, bu sahələrdəki sərhədləri, divarları yıxan əziz dostumu təbrik edirəm.

Mənbə: Cümhuriyyət qəzeti

Müəllif: Zeynəb Oral

 

 

Qadinkimi.com