QADIN / KİŞİ
Qadın-Ana və Yaranışdır Tarix : 07 Aprel 2023, 15:30

"İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi" Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı,"Qadın-Ana və Yaranışdır” audiovizual vasitələrin köməyi ilə qadınlar arasında milli-mənəvi dəyərlərin təbliği layihəsi çərçivəsində Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə növbəti seminar təşkil edib.

No description available. 

 

Bu barədə məlumat verən layihə rəhbəri Fəridə Mirişova bildirib ki, seminarda övladları 90 nömrəli məktəbdə təhsil alan 30-a yaxın gənc ana iştirak edib. Onun sözlərinə görə, layihə mövzusunun aktuallığı cəmiyyətdə bu sahədə mövcud olan ehtiyacdan qaynaqlanır. Belə ki, Azərbaycanda bu gün məişət zorakılığı, qadınlara qarşı ayrı-seçkiliyin bir səbəbi də kökümüzdən ayrı düşməyimiz, milli-mənəvi dəyərlərimizi unutmağımız və yad mədəniyyətləri, yad təsirləri mənimsəyərək qan yaddaşımıza biganəlik göstərməyimizdir.

No description available. 

 

Layihənin təlimçisi "Ahəng” Psixologiya Reabilitasiya Mərkəzinin rəhbəri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova sağlam ailə dəyərləri, milli və mənəvi dəyərlər mövzusunda müzakirələr aparıb. Gənc analarla qarşılıqlı sual cavab əsasında dağılan ailələr, boşanmalar, ailələrdə qarşılıqlı münasibətlərin gərginləşməsi, zorakılıq halları və s. Mövzulara toxunulub. Seminarda qəhrəmanı qadın olan əsərlərin tərcüməsi ilə məşğul olan tərcüməçi Məsumə Şükürzadə, Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova, Fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova, psixoloqlar Cəmilə Məmmədova və Vüsalə Orucova iştirakı maraqla qarşılanıb. Onlar öz fikir və tövsiyyələrini seminar iştirakçıları ilə bölüşüb. Təlimlər davam edir.

 

 

 

 


 

 

qadinkimi.az