
Qadinkimi.com oxucumuz Ülviyyə Lalənin şeirlərini təqdim edir.
***
Qadın
peyğəmbər yoxdur deyib
Xor
görürlər qadını
Qadının
bətnindən çıxıb,
döşündən
süd əmənlər.
Yüz
iyirmi dörd min peyğəmbər içində yoxdur qadın
Yoxdur
sənin adın.
Yüz
iyirmi dörd min içində bilmirlər beşinin adın.
Tanımırlar
qadın peyğəmbər Səccahı.
Tanıdanda
deyirlər o yalançı peyğəmbər
Heç
adını bilmədikləri
yüz
iyirmi dörd min kişini deyirlər gerçək peyğəmbər.
***
Əsrlər
boyu
şəninə
tərif deyib,
mədh
ediblər
əndamını,
yerişini, duruşunu
əsir
etdikləri qadının...
Şirin
söz nəyə gərək
azad
deyilsə qadın.
Xəyalı
göylərdədir,
vücudu
yanında olsa,
nə
fayda.
***
Səni
nə Leyli kimi, nə Əsli, nə Cülyetta kimi sevirəm.
Səni
Hüqonun "Gülən adam"nın Deası kimi sevirəm,
Kor-koranə...
Dünyada
sadəcə sən varmışsan kimi,
Başqalarını
görmürəm,
Sadəcə
səni hiss edir, səni görürəm.
Səni
nağıllarda ağ atlı şahzadə gözləyən qız kimi yox,
Özüm
kimi, özüməməxsus sevirəm
***
Gecə
saat on bir
Evi
təmizləyib,
paltarları
ütüləyib
İstədim
oxuyum roman
Sabah
nə bişirəcəm fikri
İşğal
etdi beynimi.
***
Səni
Hüqonun Səfilləri,
Hessenin
Yalquzağı,
Voyniçin
Ovodu
Mirzə
Şəfinin nəğmələri qədər sevirəm.
Sənə
haqsızlıq edənlərə
Hipatiyanı
daşlayan,
Quju
edam edən,
Emili
dü Şatleni xor görən kütlə qədər nifrət edirəm.
Sənə
Mariya Kürinin, Sofiya Kovalevskayanın, Emmi Noterin, Lise Maytnerin elmə olan
heyranlığı kimi
heyranam.
Səni
Şükriyyənin, əlcəzairli Cəmilənin qətiyyəti ilə sevirəm.
Zalım
şahı şeirləri ilə ifşa edib, dodaqları tikilən Fərrux Yəzdi dürüstlüyü ilə
sevirəm səni.
Qadın
ehtirasını çılpaqlığı ilə yazan, bakirə rahibə bingenli Hildegard çılğınlığı ilə
sevirəm səni.
Səni
incidənlərə qarşı Seyyida al-Hurra, Xeyzuran sultan kimi zalımam.
Sənə
olan sevgimdə gilyotinə gedən Olimpiya De Quj kimi cəsarətliyəm.
Sənə
olan sevgimdən qadın peyğəmbər Seccah kimi peyğəmbərliyimi elan edib, sevgi
dini yaymaq
istəyirəm
yer kürəsinə.
***
Xoşbəxtlik
Pencəyimin
cibindən
tapdığım
manatda
İydə
ağacında babamın qurduğu yelləncəkdə,
Nənəmin
kürəyində
Anamın
qucağında,
Naşı
sevgimdə
Bir
də 25 yaşdan sonra
oxuduğum
kitablardaydı.
***
Bütün
qadınları əzizləmək istəyirəm
analar
körpəsinə oxşama deyib
əzizlədiyi
kimi.
Bütün
qadınlara layla demək istəyirəm
körpə
uşaq kimi
şirin-şirin
yata bilmələri,
dərd-səri
bir neçə saatlıq
ata
bilmələri üçün.
Qadın
olmağın xor görüldüyü
dünyada
Bütün
qadınlara görə
ağlamaq
istəyirəm
Anam-nənəm
yasda
Ağı
deyib ağladığı kimi.
Bütün
qadınlara
nağıl
danışmaq istəyirəm.
Divə
qalib gələn ağıllı Cırtdanın nağılın.
***
Əvvəl-axır
öləcəyini bilə-bilə
üç
il, beş il, on beş il
uzatmaq
istəyir ömrünü insan.
Öləcəyini
bilə-bilə
övlad
gətirir
əzablı
dünyaya —
özündən
bir hissə
yaşatmaq
üçün
təsəlli
axtarır.
Ölüm
dəhşəti sarsıdır onu...
İnandırır
özünü
öləndən
sonra yaşayacağına.
Uydurur
özündən əbədi həyat...
Ümid
edir, yaşayır,
yaşadır…
***
Atası
onları qoyub
soyuq
iqlimlərə gedəndən,
Sevgilisi
qonşudakı rus qızını sevəndən
Gözünü
maviyə,
Saçını
sarıya boyadı qadın.
***
Sağ
ikən öpmədikləri,
Sarılmadıqları
adamın
Məzar
daşın öpürlər.
Sağ
ikən ad günü keçirməmiş,
Unudulmuş
adama
ad
günü keçirib,
ildönümününə
yığışırlar.
Yoxluğuna
ağlayırlar
Sağ
ikən varlığını görmədikləri adamın.
Sağ
ikən beş manat qıymadıqları adamın məzarına
Yüz
manatlıq əklil aparırlar —
Vicdanlarını
rahatlatmaq üçün.
Yenə də
onu yox,
Özlərini
düşünürlər —
Axşam
rahat yatmaq üçün,
Vicdan
yükünü atmaq üçün.
Müəllif: Ülviyyə Lalə
Qadinkimi.com