SƏNƏT, QADIN / KİŞİ
O mənim həm ərimdir, həm sevgilim Tarix : 11 Sentyabr 2021, 15:20

O mənim həm ərimdir, həm sevgilim. Çox xoşbəxtəm ki ....”

Əməkdar artist Firuzə İbadovanın Qadınkimi.com saytına müsahibəsi

Mədəniyyətin yüksəkliyi qadına olan münasibətlə müəyyən edilir.

- Maksim Qorki

Firuzə xanım açıqlamalarınızın birində söyləmisiz ki, həyat yoldaşım dünyasını dəyişəndən sonra mənim ərə getməyim düzgün çıxmazdı. Sizcə bir qadın ayrılandan sonra,tək qalandan sonra niyə ailə qura bilməz?

-Bəli mən indidə o fikirdəyəm ki, əyər ayrılan, həyat yoldaşı dünyasını dəyişən xanımın övladı, atası, anası, bir sözlə ailəsi varsa, demək ki, o tək deyil. Onu əhatə edən insanlar var.

Niyə həyatınıza yenidən yoldaş seçməyi özünüzə qıymadız?

-Çünki özüm özümü qısqandım. Övladımın atasından başqa kiminləsə həyat yoluna çıxmaq istəmədim. Məsuliyyətim daha da artdı ki övladımı böyütməliyəm, ona diqqət, qayğı göstərməliyəm. Qastrollar, toylar, konsertlər, bir də ayıldım ki, yaşa dolmuşam.


Əməkdar artist Firuzə İbadovanın fikrincə qız övladı necə böyüdülməlidir?

-Əvvəlcə savad vermək lazımdır. Bu mütləqdir. Cahil olmasın. M.Ə.Sabirin sözü var ha "oxutmuram əl çəkin”, mən ondan çox qorxuram, olmamalıdır. Əyər insan savadlı olarsa, onun sevməyi də,ailəsi də, həyata baxışı da savadlı olacaq. O, tək qalsa da ayaqları üzərində duruş gətirə biləcək.


 

Zamanında sizinlə Cavanşir Məmmədovun sevgili olması haqqında xəbərlər gəzirdi. Bu bardə danışmanızı istərdim.

 

-Belə fikir formalaşıb ki qadınla kişi dost ola bilməz. Bu yanlışdır. Mənim bəylər arasında dostlarım var ki, illərdir bu  dostluğumuz davam edir. Cavanşir müəllim ilə biz ailəvi dostuq. Haqqımda çıxan yalan xəbərlərə isə əhəmiyyət vermədim. Əyər elə bir hal yoxdursa, özümü niyə yorum cavab verim ki?


Bir çox ölkələrdə qastroll səfərlərdə olmusuz, konsertlər, toylar, amma mətuatda sizin haqqınızda araşdırma aparanda, demək olar ki, ancaq sosial problemlərinizlə bağlı xəbərlər çıxır.

-Bilirsiz, sovertlər dövründə qonararlar yüksək deyildi. Mənim isə üzərimdə böyük bir ailə var idi. Sənətimə qiymət qoymamışam ki, məni toyda görmək istəyirsizsə, 5000 min manat verin gəlim oxuyum. Yooox. Ola bilməz. Aza qane olan insan olmuşam. Sosial problerim də yaranıb. Mətbuat da belə xəbərlərə meyllidir.

 

 Firuzə İbadova: Dubayın üçüncü şeyxi məni almaq istəyirdi - VİDEO - Unikal.org



Firuzə xanım heç arzunuz olduki oğlum olsun?

 

-İnanırsız ki mənim qızım doğulanda mən o qədər sevindim ki nə yaxşı mənim qızım oldu. Bəs eşitməmisən ki "adama qalan qızdır” (gülür) O mənim həm ərimdir həm sevgilim. Qız həyatın cövhəridir. Bizim Arəstə Baxışova qız kimi doğuldu amma oğul kimi şəhid oldu, köçdü dünyadan. Mən sizin saytınız vasitəsi ilə valideynlərə demək isətyirəm ki, övladlarını cəmiyyət üçün sağlam böyütsünlər.

 


 

qadinkimi.az saytı üçün 

Söhbətləşdi: Əvəz Qubatov