SƏNƏT
Modilyaninin “Uzanan çılpaq qadın” əsəri rekord qiymətə satıldı: 157 milyon dollar... Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

Məşhur italiyalı rəssam Amedeo Modilyaninin “Çılpaq qadın” seriyasından olan bir rəsm əsəri Sotheby's hərracında rekord qiymətə satılıb.

Rusiyanın RBK agentliyinə istinadən xəbər verilir ki, bəhs edilən rəsm əsəri hərrac evinin tarixində mütləq rekord sayılır.

Xəbərə görə, əsərin əvvəlki sahibi onu 2003-cü ildə 26,9 milyon dollara eyni hərrac evində əldə edibmiş.

Rəssamın çılpaq modellər (Nu couche) seriyasında 22 belə rəsm əsəri var.

“Sotheby's”da satılan rəsm şəxsi kolleksiyalarda olan 9 əsərdən biridir.

Musavat.com