SƏNƏT
Məktəblilər tullantıları rəsmə çeviriblər Tarix : 30 May 2019, 00:40
Yazar : Qadinkimi.com
Türkiyənin Bitlis vilayətinin Tatvan bölgəsində orta məktəbdə rəsm müəllimi Sevda Eren şagirdləriylə birgə gözəl bir iş görüb. Onlar tullantı materiallarından qeyri-adi bir sərgi düzəldiblər. Sərgidə məktəblilər həmin materiallardan istifadə edərək bir çox məşhur rəssamın avtoportretlərinə modellik ediblər. Van Qoqun, Frida Kahlonun, Salvador Dalinin, Yohan Vermeerin, Pablo Pikassonun, Mihri Muşfikin, Nuri İyemin və bir çox fırça ustasının əsərlərini canlandıran məktəblilərin görüntüləri sosial mediada böyük marağa səbəb olub. Sevda müəllimə sərgi üçün xüsusilə qeyri-sosial, aktiv olmayan utancaq şagirdləri seçdiyini və sərgiyə olan diqqətin uşaqlara çox yaxşı təsir etdiyini, hətta bir çox şagirdin yerişinin dəyişdiyini qeyd edib. Qısa müddətdə saysız insan tərəfindən rəğbətlə izlənən sərginin görüntüləri sübut edir ki, məktəb şəraitinə və imkansızlığa baxmayaraq hər durumda gözəllik yaratmaq mümkündür.
 

 






 
 
 

qadinkimi.com