BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Koronavirus özü yox olacaq?. Tarix : 09 May 2020, 15:29
Yazar : Qadinkimi.com
Dünyada koronavirus qurbanlarının sayı 263 086 nəfərə çatıb.

Xarici mətbuatdan alınan məlumata görə virusa yoluxan 1 285 591 nəfər sağalıb.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 3,8 milyonu ötüb. COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda koronavirusa 1 252 584 nəfər yoluxub. Bu ölkəni 253,7 min yoluxma ilə İspanya, 214,4 min yoluxma ilə İtaliya, 201,1 min COVID-19 xəstəsi ilə Britaniya, 174,1 min yoluxma ilə Fransa, 167,5 min yoluxma ilə Almaniya, 165,9 min virus xəstəsi ilə Rusiya, 131,7 min yoluxma ilə Türkiyə izləyir.

Kanada, Hindistan, Peru, Belçika, Niderland, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də koronavirusa yoluxma artır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

 
ABŞ prezidenti Donald Tramp, koronavirusun öz-özünə yox olacağına inandığını açıqlayıb.

"Mən yalnız həkimlərin dediklərinə güvənirəm. Deyirlər ki, o sona çatacaq. Bu o demək deyil ki, bu il payızda və ya payızdan sonra sona çatacaq. Hansısa an bəlkə də özü yox olacaq. Amma əgər bizdə peyvənd olsa, bu çox faydalı olar".  
 
 

Mənbə: salamnews.org
qadinkimi.com