BURA / ORA
Koronavirus Almaniyada "Avtomobillə film" tədbirlərini yenidən gündəmə gətirdi Tarix : 14 May 2020, 00:50
Yazar : Qadinkimi.com
Almaniya yeni növ koronavirusun (SARS-CoV-2) səbəb olduğu Covid-19 pandemiyasına qarşı tədbirlər görməklə yanaşı həm də əylənməyin təhlükəsiz yollarını axtarır. Belə ki, ölkədə sakinlərin təhlükəsiz şəkildə evlərindən çıxıb kinoya getmələri üçün "Avtomobil ilə film" adlı nostaljik tədbirlər təşkil edilməyə başlanıb.

Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə, hava limanına aid dayanacaq avtomobilli açıq hava kinoteatrına çevrilib.

Dayanacaq ərazisində quraşdırılmış geniş ekranda "Jumanji" filmi nümayiş olunub.  Avtomobilli açıq hava kinosu konseptində təşkil edilən tədbir üçün 500-ə yaxın maşına icazə verilib. Axşam saatlarında bütün avtomobillər sıra ilə ekran qarşısına düzülüb. Növbəti qurulan səhnədə isə "Get Trabi Get" filmi nümayiş olunub. Hər maşında yalnız iki nəfərin oturmasına icazə verilib. 

Xatırladaq ki, tamaşaçıların maşınlarında oturub film izlədikləri açıq hava kinosu anlayışı ilk dəfə tarixi İkinci Dünya Müharibəsindən əvvəl meydana çıxıb.

qadinkimi.com