Kor da görər, kar da eşidər Tarix : 21 Dekabr 2022, 01:40

Kimin bir çörəklik buğdası vardır,

Başını çəkməyə yuvası vardır,

Nə ağadır, nə də kimsəyə nökər;

Şad olsun, zənn etsin dünyası vardır.

    Ömər Xəyyam


 

Uşaqlarınızı tərbiyələndirməyə çalışmayın. Onsuz da onlar sizə oxşayacaqlar. Çalışın özünüzü tərbiyə edin.

    Ernest Heminquey


Hər bir insanın içində mürgüləyən qüvvələr var. İnsan çox vaxt onlara sahib olduğunu belə düşünmür, amma o qüvvələr onun həyatını kökündən dəyişməyə qadirdir, onları yalnız dərinliklərdən çıxarıb hərəkətə gətirmək lazımdır.

    Orison Marden


 

Dünyada gözləməkdən daha dağıdıcı, dözülməz və ağrılı heç nə yoxdur.

   Aleksandr Herzen


Keçmiş həmişə bizimlədir və sahib olduğumuz hər şey keçmişdən gəlir. Biz onun yaradıcısıyıq və ona qərq olmuş halda yaşayırıq. Bunu anlamamaq və keçmişi hiss etməmək indini dərk etməmək deməkdir.

    Cəvahirləl Nehru


 

Səmimiyyət - ürəklərin danışdığı bir dildir, çoxunun buna ürəyi çatmaz.

    Sədi Şirazi


Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər.

    Cəmil Meriç

Nəzakət və xoş rəftar o qədər nadir hala çevrilib ki, bəziləri bunu görəndə sevgi zənn edir.

    Riçard Gir


Həyatda bu üç şeyi yaxşı düşün; qırmazdan əvvəl bir qəlbi, çırpmazdan əvvəl bir qapını və bitirməzdən əvvəl son sözünü.

    Konfutsi


 

 

 

İnsanı özümüzdən aşağı hesab etdikdə nifrət etmirik, yalnız onu özümüzə bərabər və ya üstün hesab etdikdə nifrət edirik.

    Fredrix Nitsşe


 

 

Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. - (Jan Jak Russo)

Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.

    Ömər Xəyyam


Öz özümlə danışdığım qədər, kimsəylə danışmıram. Səbəb dəlilik deyil, sadəcə bilirəm ki, insanı ən yaxşı yalnız özü dinləyə bilər.-

   Bob Marli


 

 

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Əsil müəllim əməyinin qiyməti yoxdur.

    Sokrat

 

 

 


 

Topladı: Allahverdi İsrafilov

qadinkimi.com