BURA / ORA
Çilidəki qadınların aksiyası dünyaya yayılıb #LasTesis Tarix : 05 Dekabr 2019, 12:30


Çilidə feministlərin "Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü” münasibətilə hazırladığı rəqs performansı bütün dünyaya yayılıb. Fransa, İspaniya və Kolumbiyada da qadınlar küçələrə çıxıb. 


Çilinin Valparaiso şəhərində Las Tesis adlı feminist bir qrupun hazırladığı performansın nümayişi noyabr ayında planlansa daÇilidə etirazların geniş vüsət almasına görə təxirə salınmışdı. 


"Yolunda bir təcavüzçü” adı verilən nümayişi La Tesis 25 noyabrda Santiyaqonun mərkəzində yerləşən la Plaza Armas meydanında, eyni zamanda Qadın və Cinsiyyət Bərabərliyi Nazirliyinin önündə həyata keçirdi.  


Qadın cinayətləri, cinsi təcavüz və istismar hadisələrinə etiraz olaraq 4 ay ərzində hazırlanan rəqs performansında qadınlar gözlərini qara lentlə bağlayıb,rəqs edərək marş söyləyiblər. Sözügedən marşda bunlar deyilir: "Səhv məndə deyil, harada olduğum deyil, nə geyindiyim deyil. Günahkar sənsən. Günahkar polis, məhkəmə, dövlət, prezidentdi”. 


Sosial mediada yayılan görüntülərdən sonra etirazlar bütün dünyaya yayılmağa başlayıb. İspaniya, Fransa, Kolumbiya başda olmaqla bir çox ölkədə qadınlar meydanlarda gözlərini lentlə bağlayaraq rəqs nümayiş etdiriblər. 


qadinkimi.com