BURA / ORA
Qadın şahmatında rekord mükafat - 500 min avro Tarix : 12 Yanvar 2020, 10:00
Yazar : Qadinkimi.com
Qadinkimi.com xəbər verir ki, Yanvarın 5-də Çinin Şanxay şəhərində keçirilən Qadınlar arasında şahmat üzrə Dünya Çempionatı start götürüb. Matçın ilk hissəsi 5-12 yanvar tarixlərində Şanxayda, ikinci hissəsi isə 16-24 yanvarda Vladivostokda keçiriləçək. Final matçında iki əsas rəqib hazırkı çempion çinli Ju Venjun və rusiyalı Aleksandra Qoryaçkina qarşı-qarşıya gələcək. Şahmat tacı uğrunda mübarizədə rekord mükafat 500 min avrodur.Bu mükafat qadınlar kateqoriyasında son yüz ildəki ən böyük mükafat olacaq. 

Qeyd edək ki, Ju Venjun 2018- ci ildə həmyerlisi Tan Cunyini məğlub edərək dünya çempionu adına layiq görülüb. Rusiyanın qadın şahmatçıları isə 2008-ci ildən şahmat tacına yiyələnə bilmir. 
 


Gender boşluğu tədricən bağlandığından, şahmatın yaxın zamanda qadınlar üçün xüsusi bir turnir olmayacağına dair müzakirələr aparılır.

Artıq kişilərin yarışması qədər cəlbedicidir

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bu turnirin peşəkar qadın şahmatçılar üçün dönüş nöqtəsi olduğunu və turnirin hazırda kişilərin yarışında olduğu qədər diqqət çəkdiyini açıqlayıb.


Əslində Dünya Şahmat Çempionatı kişilərə olduğu kimi qadınların da üzünə hər zaman açıqdır. Lakin kişilər bu günə qədər aparılan oyunlarda üstünlük təşkil etdikləri üçün qadınlar erkən mərhələlərdə kənarlaşdırılır və ya ümumiyyətlə iştirak etməməyi üstün tuturdular.

Şahmatda #MeToo 

Turnirin çempionu Şanxay və Vladivostokda keçiriləcək Çin və Rusiya oyunçuları arasındakı 12 oyun günü hesabı ilə müəyyənləşəcək. Rusiyalı Goryaçkinanın cəmi 21 yaşı var və "mükafat üçün deyil, titul uğrunda mübarizə aparıram" deyir. 28 yaşlı Ju isə turnirin şahmatın '#MeToo' versiyası olduğunu düşünür.

Dünya Şahmat Çempionatında qalib gələn kişilər 1 milyon avrodan çox mükafat alırlar. Bu gün FİDE-nin reytinqinə görə dünyanın ən yaxşı 100 şahmat ustası arasında hələ də heç bir qadın yoxdur.
 
 
 


qadinkimi.com