HƏR ŞEY / HEÇ NƏ, QADIN / KİŞİ
Həyatınızı yaxşılaşdıracaq 60 addım - davamı Tarix : 02 Fevral 2021, 23:10

SAĞLAMLIQ

 


 

30. Təxminən yarım kq. çəkinin itirilməsi üçün 3500 kalori yandırmaq (və ya sərf etmək) gərəkdir. Əgər siz hər gün kalori qəbulunu 175-ə azaltsanız, 100 günə 2.5 kq. itirəcəksiz.

 

31. 100 gün müddətində, hər gün 5 dəfə tərəvəz yeyin.

 

32. Hər gün 3 dəfə meyvə yeyin.

 

33. Sevdiyiniz, fəqət çox xeyri olmayan yeməyinizi daha faydalı yeməklə əvəz edin.

 

34. 100 gün müddətində qida qəbulunun miqdarına nəzarət etmək üçün kiçik boşqabdan yeyin.

 

35. 100 gün müddətində şəkər əvəzedicisi yerinə 100 %lik (təbii) şirə için.

 

36. 100 gün ərzində qazlı su əvəzinə, sadə adi su için.

 

37. 10 yüngül və faydalı səhər yeməyinin siyahısını tərtib edin.

 

38. Nahar və şam üçün 20 yüngül və faydalı yeməyin siyahısını tutun.

 

39. 10 yüngül və faydalı qəlyanaltı (çərəz) siyahısını tərtib edin.

 

40. Şəxsi sağlam qida cədvəlini bir həftə qabaqcadan tərtib edin. Sonrakı 14 həftə ərzində beləcə qidalanmağa cəhd edin.

 

41. Şəxsi qida jurnalında qeydiyyat aparın, görün ki, tərtib edilmiş menyudan yayınırsınızmı?

 

42. Hər gün heç olmasa 20 dəqiqə fiziki məşğələyə vaxt ayırın.

 

43. 100 gün müddətində yanınızda addımölçən gəzdirin və gün ərzində 10 000 addım gəzməyə çalışın.

 

44. Çəkinizi nizamlayın, 14 həftənin hər birində çəkinizi ölçün və çəki azalması, belin ölçüsünün dəyişikliyi barədə qeydlər aparın.

 

45. 100 gün müddətində saat və ya kompüterdə 1 saatdan bir su içmək üçün xatırlatma siqnalını nizamlayın.

 

46. 100 gün müddətində meditasiya edin, nəfəs alın, vizualizasiya edin, bunu təfəkkür, düşüncənizin sakitləşməsi üçün gündəlik ritualınıza çevirin.

 

 

MÜNASİBƏT

 

 

47. 100 gün müddətində, hər gün partnyorunuzda nəsə pozitiv bir şey axtarın və onu qeyd edin.

 

48. 100 gün müddətində birgə işlərinizi qeyd edin, ailəvi və ya şəxsi fotoalbomun tərtibi və hazırlanması üzrə əl işi incəsənəti, yemək hazırlamau, mənzilin dekoru və s. məşğul olun. Təcrübənizin sonunda partnyorunuzla 100 gün ərzində müşahidə etdiyiniz bütün pozitiv işlərin siyahısına baxın. Özünüz nəticəyə gəlin.

 

49. 100 gün ərzində münasibətlərinizin möhkəmlənməsi üçün, hər gün yerinə yetirəcəyiniz 3 hərəkəti seçin. Bunlar "Mən səni sevirəm" və ya başqa xoş söz, hərəkət ola bilər.

 

SOSİAL HƏYAT

 

 

50. 100 gün ərzində yeni bir insanla ünsiyyət qurun. Bu sizin bundan əvvəl ünsiyyət qurmadığınız qonşunuz, əvvəl heç vaxt, heç yanda yazmadığınız bloqunuzda yazacağınız şərh ola bilər, sosial şəbəkələrdə yeni tanış və s. də ola bilər.

 

51. Hörmət etdiyiniz, qürur duyduğunuz, sevgisinə inandığınız insanlarla ünsiyyət qurmağı xüsusi olaraq qeyd edin.

 

52. 100 gün müddətində sizi kimsə incidib və ya kədərləndirsə, cavab verməzdən əvvəl bir dəqiqə düşünün. (Ümumiyyətlə cavab verməmişdən əvvəl düşünmək lazımdır ki, qaba, əxlaqdan kənar və ya sonradan üzr istəniləcək bir ifadə işlədilməsin)

 

53. 100 gün müddətində hər iki tərəfi dinləmədən yekun qərar qəbul etməyi belə düşünməyin.

 

54. Kiçik belə olsa, gün ərzində heç olmasa bir xeyir iş görməyə çalışın.

 

55. 100 gün müddətində layiq olan hər kəsi tərifləyin.

 

56. 100 gün müddətində aktiv dinləməni məşq edin. Həmsöhbətiniz danışan zaman ona qulaq asın, başınızda verəcəyiniz cavabı təkrar etməyin (və ya hazırlamayın), onu düzgün dinlədiyinizə və s. əmin olmaq üçün, ondan bir daha soruşun.

 

57. Kiminsə dərdinə şərik olmağı məşq edin. Onu mühakimə etməmişdən əvvəl, məsələyə onun baxışı ilə baxmağa çalışın. 

 

58. 100 gün müddətində öz həyatınızı yaşayın və özünüzü başqaları ilə müqayisə etməyin.

 

59. Sizi əhatə edənlərin hərəkətlərində yaxşı niyyət axtarın (yaxşılıqlarını görün).

 

60. 100 gün müddətində hamının bacardığı qədər yaxşı görməyə çalışdığını düşünməyə cəhd edin (özünüzə xatırlatma verin).

 

PS: Bu yazı ingilis dilindən rus dilinə və rus dilindən Azərbaycan türkcəsinə çevirilib. Bu məqalə "lifehack.org" saytında (ing. Marelisa Fabreqa, rus. İrina Baranskaya) hər iki dildə var. Sadəcə olaraq, mən bu məqaləni tərcümə etməklə yanaşı, bizə faydalı ola biləcək bəzi əlavələr edib, gərəksiz şeyləri çıxmışam.

 

 

 

 

 

 

Fərid Abdullah   

 

 

 

qadinkimi.com