Günlərin bir günü, sosial şəbəkədə cəlbedici bir əcnəbi xanımın şəkli vardı. Xanım Azərbaycana gəlmiş turistlərdən idi və Azərbaycanın gözəlliyi ilə yanaşı, kişilərin alicənablığını tərifləmişdi. Ölkəmizdə kişilərin ona hər gün gül çiçək hədiyyəetdiyini, yeməyə dəvət etdiyini qeyd etmişdi. Həmçinin öz rəfiqələrinə də ölkəmizə gəlməyi tövsiyyə edəcəyini demişdi. Sözün düzü,həmin şəklin altına yazdığım"bəs bizim qadınlara niyə gül çiçək hədiyyə edilmir?”sualıma bir gənc dostum cavab yazmışdı: "Mehriban xanım, bizim qadınlar çox şikayət edir”.
Gəncin sözləri məni düşündürdü. Az qala onun sözlərinin təsiri altında qadınlarımızdan bədgüman da olacaqdım, amma qəfil analarımızı xatırladım.
Bütün gənclərə, o cümlədən, gənc dostuma demək istəyirəm.
Dünyada qadın haqqı deyilən bir haqq var. Bir də ana haqqı var. Bu haqların maraqlı dialoqu olur:
Qadın haqqı – Mən kişilərlə hər sahədə bərabərəm.
Ana haqqı – Öncə övladımın haqqı, sonra mənim haqqım.
Qadın haqqı - Mənim seçilmək hüququm var.
Ana haqqı – Mənim övladım seçilmişlərdəndir, onu seçək.
Qadın haqqı – Mənim təhsil haqqım var.
Ana haqqı –Övladımın təhsili daha yaxşı olsun, mənim təhsilm olmasa da olar.
Qadın haqqı - Mənim sağlamlıq haqqım var.
Ana haqqı – Dünyanın bütün sərvətini balamın sağlamlığına qurban verərəm.
Qadın haqqı – Mənim peşə seçmək və işləmək haqqım var.
Ana haqqı - Övladımı nəzarətsiz qoyub necə işləyə bilərəm, ona kim baxar, onun qayğısına kim qalar?
Qadın haqqı – Mənim əmlak hüququm var.
Ana haqqı – Bütün əmlakım, varidatım yalnız övladım üçündür....
Bu iki haqq daim bir- biri ilə mübarizədədir. Birinci haqq nə qədər gur və harayla danışsa da, ikinci haqq onu əksər vaxt susdurar.
Ana haqqı dünyanın bütün gözəlliklərini, bütün azadlıqlarını balasının bir təbbəssümünə qurban verər. Kimsə ona zor etməz, vadar etməz, özü göz qırpmadan seçər bunur.
Bir nəfərvardı, anasına "çuşka” deyirdi. Özü ali təhsil ocağında oxuyurdu. Bəyənmirdi anasını. Soruşdum ki, təhsilinə kim kömək edib? Dedi anam..
Məşhur bir kişinin, eyni sahə üzrə çox istedadlı bir xanımı vardı. Sonra oğlu da tanındı. Qadın kölgə oldu, onlar parlaq günəş....ana haqqı imkan vermədi ki, ərindən, oğlundan irəli keçsin, parlasın. Öz əli ilə söndürdü işığını.
Mən öz işığını söndürüb, ata, qardaş, ər, övlad günəşini yaradan, parladan o qədər qadın tanıyıram ki...
Siz tanımırsınız, çünki qadın öz haqqını ana haqqına qurban verəndə, verdiyi istinin tüstüsünə kor olur.
O istini tüstü etməyən kişilər olanda ana haqqı ilə qadın haqqı barışır. Vay ona ki, o istini tüstü edələr... qadın təkcə kişiyə yox, Tanrıya da şikayət edər!
Mehriban Zeynalova.
Qadinkimi.com